SON XƏBƏRLƏR

Qazaxıstan DİN: Almatıda vəziyyət gərgin olaraq qalır

2022.01.06, 20:34
Qazaxıstan DİN: Almatıda vəziyyət gərgin olaraq qalır

Gunaz.tv

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qazaxıstanın digər bölgələrində isə vəziyyət sabitləşib. Paytaxt Nur-Sultan, Çimkent, Akmola, Qızılorda, Pavlodar, Şimali Qazaxıstan və Türküstan vilayətlərində sakitlik hökm sürür.

Aktobe, Atırau, Qərbi Qazaxıstan, Mangistau vilayətlərində bir neçə magistral və dəmir yolu xətti bağlanıb.

Antiterror əməliyyatı davam edir.

Bundan əvvəl Qazaxıstan hərbçiləri səsgücləndiricilər vasitəsilə iğtişaşçıların Almatıdakı Respublika meydanını boşaltmaqlarını tələb edib və onlara atəş açacaqları barədə xəbərdarlıq edib. 

Daha sonra Prezidentin iqamətgahının ətrafı və Respublika meydanı tam təmizlənib. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar