SON XƏBƏRLƏR

“Qazaxıstanın ərazisi keçmiş Rusiya ərazilərdir…Ölkə iki yerə bölünə bilər”-Jirinovskidən sərsəm açıqlama

2022.01.07, 12:53
“Qazaxıstanın ərazisi keçmiş Rusiya ərazilərdir…Ölkə iki yerə bölünə bilər”-Jirinovskidən sərsəm açıqlama

Gunaz.tv

Bu sözləri Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski “Komsomolskaya Pravda”nın “Radio KP” efirində müsahibəsində bildirib.

Onun sözlərinə görə, qazaxlar Qazaxstanın şimalında- Çimkənd, Kızılorda və Cambulda yaşayıblar: “Bax bu hissələr qazaxların sıx məskunlaşdığı yerlər idi. 

Onlar köçəri tayfalardır. Uzağa köç edib yenə qayıdıblar. Ona görə əraziləri Qırğızıstanda olduğu kimidir. Qalan əraziləri Stalin verib. Hər çey sünidir. Soveti hakimiyyəti qurulandan sonra qazaxlar tələb edirdilər ki, Daşkənd Qazaxstanın paytaxtı olsun, amma özbəklər qoymadılar.

Bir-biri ilə dalaşdırlar. 

Stalin hamını sakitləşdirdi. Daşkəndi özbəklərə verdi, Almatını Qazaxıstanın paytaxtı elədi. 1924-cü ildə Vernıy şəhərini adını dəyişib Alma-Ata qoydular”.

Jirinovski deyib ki, Qazaxıstan yalnız iki hissəyə ayrıla bilər: cənubda qazaxlardır, şimal isə Rusiyaya qaytarılar. “Qazaxıstanda dil siyasəti aparılır, qazax dili adlandırırlar.

Bütün məmurlar latın əlifbasına keçir. Rusların sıxışdırlması prosesi aparılır”-deyə LDPR sədri bildirib.

Jirinovski bildirib ki, nə qədər Rusiya Qazaxstana girməyib qayda-qanun olmayacaq: “Qazax ordusu heç vaxt döyüş görməyib. Qazax xüsusi xidməti heç olmayıb. 

Onlar çox zəifdirlər, bir dəqiqənin içində qaçıb dağılışacaqlar. Poils də həmçinin…Ona görə orada Tokayevə öz hakimiyyətini saxlamaq üçün ancaq KTMT-nin ordusu kömək edə bilər. KTMT-nin əsasında isə rus ordusu durur”. (azpost.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar