SON XƏBƏRLƏR

Qazaxıstan Prezidenti: "Ölkənin bütün regionlarında konstitusiya quruluşu bərpa olunub"

2022.01.07, 08:45
Qazaxıstan Prezidenti: "Ölkənin bütün regionlarında konstitusiya quruluşu bərpa olunub"

Gunaz.tv

Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Tokayev cümə günü səhər Prezident Administrasiyası rəhbərliyi, Təhlükəsizlik Şurası və təhlükəsizlik qüvvələrinin iştirakı ilə terrorla mübarizə qərargahının iclasını keçirib.

Mətbuat xidmətinin məlumatına görə, görüşdə ölkədəki əməliyyat vəziyyəti, antiterror əməliyyatının gedişi, regionlardakı vəziyyət müzakirə olunub.

"Antiterror əməliyyatı başlayıb. Hüquq-mühafizə orqanları gərgin iş aparır. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu əsasən bərpa olunub. Vəziyyətə yerli orqanlar nəzarət edir", - məlumatda ​​bildirilir. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar