SON XƏBƏRLƏR

Qazaxıstan Prezidenti: "İğtişaşçılarla heç bir danışıq aparılmayacaq"

2022.01.08, 08:05
Qazaxıstan Prezidenti: "İğtişaşçılarla heç bir danışıq aparılmayacaq"

Gunaz.tv

Təəssüf ki, Qazaxıstanın bir sıra regionlarında və Almatıda bu, zorakılıqla qarşılandı. 

Buna görə də hökuməti istefaya göndərmək qərarına gəldim və komendant saatı tətbiq etdim".

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz tviter hesabında yazıb.

Tokayev bildirib ki, bütün səylərə baxmayaraq, etirazlar iğtişaşlara səbəb olub. 

Prezident vurğulayıb ki, iğtişaşçılarla heç bir danışıq aparılmayacaq:

"Onların ümumi sayı 20 mindir. Bəzilərinin qazax dilində danışmadığı məlum olub".

“Qazaxıstan xarici diplomatik nümayəndəliklərin, habelə xarici şirkətlərin və investorların şəxsi heyətinin və əmlakının təhlükəsizliyini və mühafizəsini təmin edəcək”, - Tokayev əlavə edib. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar