SON XƏBƏRLƏR

"Qazaxıstanda baş verənlər türk birliyini zəiflətməyəcək"-İlqar İlkin

2022.01.07, 15:00
"Qazaxıstanda baş verənlər türk birliyini zəiflətməyəcək"-İlqar İlkin

Gunaz.tv

Rus sevgisini gizlədə bilməyən, Rusiyaya “uşaqlıq” edən həmin "siyasi ekspertlər" anlamalıdır ki, Moskvanın güc nümayişi hər zaman əks effekt verir. 

Bu Rusiyanın daha da təklənməsinə, güc itirməsinə səbəb olur”-Bunu “Birlik” jurnalının baş redaktoru, milli fəal İlqar İlkin bildirib.

Onun sözlərinə görə, baş verən hadisələr türk birliyini zəiflətməyəcək.

“Məncə, bu hadisələrdən sonra Qazaxıstanın daxilində, eləcə də Orta Asiya xalqları arasında antirus meyillərini daha da gücləndirəcək. 

Fikir versək görərik ki, hansısa beynəlxalq gizli qüvvələr Rusiyanı çox sürətlə postsovet ölkələrinin üstünə utələyir, onlar arasında Rusiyaya qarşı bir qorxu ilə yanaşı antipatiya da formalaşdırır”-deyə, İlqar İlkin bildirib.

Baş redactor hesab edir ki, region dövlətləri Rusiyanı faktiki olaraq özlərinə təhdid görür. 

“Rusiya bu siyasətini davam etdirməklə təklənməyə gedədəck və əgər NATO ölkələri ilə nə vaxtsa üz-üzə gələsi olarsa, bu Rusiya üçün çox müxtəlif cəbhələrdə aparılacaq savaş olardı”-deyə, o, bildirib.

Yeni Kanalın növbəti qonağı İlqar İlkin olub - DiasporPRESS
İlqar İlkin hesab edir ki, Moskva nəhayət, imperiyapərəst iddialardan əl çəkməli və keçmiş Sovet respublikaları olan qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmalıdır.

“Rusiya artıq bölgədəki postsovet dövlətlərin müstəqilliyini gerçək mənasıyla tanımalı, öz siyasətində insan hüquqları anlayışını öndə tumalıdır. 

Bu vaxt bölgədə sülh və əmin-amanlıq tam mənasıyla əldə oluna bilər.
Turan Birliyi isə regiondakı eynisoylu Türk millətinin mənəvi birliyidir. 

Bu Birliyin varlığından rahatsız olanlar isə ixtişaşa, terrora, şiddətə yön verənlər və onlardan mənfəət kimi istifadə edənlərdir.
Qazaxstan Türk Birliyinin qurulmasında əsas ilhamverici ölkələrin başında gəlir və hər zaman da elə qalacaq!”

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar