SON XƏBƏRLƏR

Qazaxda doğulan şair Urmiyada dünyasını dəyişdi

2023.01.04, 15:28
Qazaxda doğulan şair Urmiyada dünyasını dəyişdi

Gunaz.tv

Bu barədə güneyli fəallar məlumat yayıb.

Məlumatda onun 96 yaşında Urmiyada dünyasını dəyişdiyi bildirilir.

Xatırladaq ki, Əli Nişani 1926-cı ildə Azərbaycanın Qazax rayonunda anadan olub. O, 1933-cü ildə ailəsi ilə birgə Güney Azərbaycanın Urmiya şəhərinə mühacirət etmək məcburiyyətində qalıb.

Gənc yaşlarında siyasi və mədəni fəaliyyətlərinə görə Tehran hökuməti tərəfindən Loristan və Yəzd əyalətlərinə sürgün edilib.

Yeniyetmə yaşlarından ədəbi yaradıcılıqla məşğul olan şairin əsərləri 1945-46-cı illərdə Cənubi Azərbaycan Milli Hökumətinin media orqanlarından olan “Vətən yolunda” qəzeti və Şairlər Məclisinin almanaxlarında nəşr edilib.

Əli Nişaninin “Bağban qızı”, “Gəl gedək bəndə" və b. şeirlərinə mahnılar bəstələnib. (Axar.az)

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar