SON XƏBƏRLƏR

Azər­bay­can NA­TO-ya doğ­ru ad­dım­la­yır

2021.10.20, 07:36
Azər­bay­can NA­TO-ya doğ­ru ad­dım­la­yır

Gunaz.tv
Azər­bay­can NA­TO-ya doğ­ru ad­dım­la­yır Ba­kı­da iki­gün­lük konf­rans öz işi­nə baş­la­yıb 5250608.jpg Dü­nən Ba­kı­da "Azər­bay­ca­nın Av­ro­at­lan­tik mə­ka­na in­teq­ra­si­ya­sı və de­mok­ra­tik seç­ki­lər" ad­lı iki­gün­lük konf­rans öz işi­nə baş­la­yıb. Təd­bir NA­TO İc­ti­mai Dip­lo­ma­ti­ya Böl­mə­si­nin və Tür­ki­yə Cüm­hu­riy­yə­ti­nin Azər­bay­can­da­kı sə­fir­li­yi­nin dəs­tə­yi ilə Azər­bay­can Hü­quq­şü­nas­lar Kon­fe­de­ra­si­ya­sı və Av­ra­si­ya Hü­quq­şü­nas­lar As­so­sia­si­ya­sı tə­rə­fin­dən təş­kil olu­nub. Təd­bi­ri Əd­liy­yə Na­zir­li­yi­nin İn­san hü­quq­la­rı və ic­ti­ma­iy­yət­lə əla­qə­lər ida­rə­si­nin rəi­si, Azər­bay­can Hü­quq­şü­nas­lar Kon­fe­de­ra­si­ya­sı­nın İda­rə he­yə­ti­nin üz­vü Fa­iq Qur­ba­nov aça­raq konf­ran­sın məq­səd­lə­rin­dən bəhs edib. Azər­bay­ca­nın bey­nəl­xalq alə­mə in­teq­ra­si­ya­sı, öl­kə­də de­mok­ra­ti­ya­nın in­ki­şa­fı­nın bey­nəl­xalq təc­rü­bə­ni öy­rən­mə­yi zə­ru­ri et­di­yi­ni diq­qə­tə çat­dı­ran F.Qur­ba­nov bil­di­rib ki, 2008-ci ilin Azər­bay­can­da seç­ki­lər ili­nə tə­sa­düf et­mə­si bu mə­sə­lə­lə­ri da­ha da va­cib edir. Onun söz­lə­ri­nə gö­rə, konf­ran­sın ke­çi­ril­mə­si­nin də məq­sə­di məhz Azər­bay­ca­nın Av­ro­at­lan­tik mə­ka­na in­teq­ra­si­ya­sı­nın ic­ti­mai mü­za­ki­rə­si, de­mok­ra­tik də­yər­lə­rin in­ki­şa­fı­na mü­qa­yi­sə­li ba­xış, Av­ro­at­lan­tik mə­ka­na in­teq­ra­si­ya­da de­mok­ra­tik seç­ki­lə­rin əhə­miy­yə­ti­nin ic­ti­ma­iy­yə­tə çat­dı­rıl­ma­sı və NA­TO-Azər­bay­can ara­sın­da in­ki­şaf edən əmək­daş­lı­ğa bir ba­xış­dır. Son­ra təd­bir­də Tür­ki­yə­nin Azər­bay­can­da­kı föv­qə­la­də və sə­la­hiy­yət­li sə­fi­ri Hu­lu­si Kı­lıc çı­xış edə­rək Azər­bay­ca­nın Av­ro­at­lan­tik mə­ka­na in­teq­ra­si­ya­sı yo­lun­da at­dı­ğı ad­dım­la­rı yük­sək qiy­mət­lən­di­rib. "Tor­paq­la­rı­nın iş­ğal­dan azad edil­mə­si yö­nün­də mü­ca­di­lə et­mək məc­bu­riy­yə­tin­də qa­lan Azər­bay­can bir döv­lət üçün çox qı­sa sa­yı­la bi­lə­cək za­man ara­lı­ğın­da bir çox iş­lə­rin öh­də­sin­dən gə­lə­rək ulus­la­ra­ra­sı top­lum­la bü­tün­lə­şib, de­mok­ra­tik­ləş­mə yo­lun­da çox mü­hüm ad­dım­lar at­mış­dır" de­yə vur­ğu­la­yan sə­fir qeyd edib ki, Azər­bay­can Dağ­lıq Qa­ra­bağ prob­le­mi ilə qar­şı-qar­şı­ya qal­ma­sı­na rəğ­mən içi­nə qa­pıl­ma­yıb. Ək­si­nə, böl­gə­də­ki pro­ses­lə­rə qar­şı an­la­şıq­lı bir döv­lət olub: "Türk mil­lə­ti­nin sə­mi­mi bir­li­yi Dağ­lıq Qa­ra­bağ prob­le­mi­ni ən qı­sa za­man­da bey­nəl­xalq hü­quq çər­çi­və­sin­də və Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nü ta­nı­ya­caq şə­kil­də dəs­tək­lə­mə­li­dir. Av­ro­at­lan­tik mə­ka­na in­teq­ra­si­ya ba­xı­mın­dan Azər­bay­can MDB öl­kə­lə­ri sı­ra­sın­da qa­baq­cıl­lı­ğı ələ alıb. Tür­ki­yə ol­ma­sı gə­rə­kən iş­lər­də Azər­bay­ca­nın ya­nın­da yer alıb. Azər­bay­ca­nın müs­tə­qil­li­yi­ni ilk ta­nı­yan öl­kə olan Tür­ki­yə si­ya­si, iq­ti­sa­di və di­gər sa­hə­lər­də dəs­tək ve­rib. Ey­ni dil­də da­nış­dı­ğı­mız, or­taq mə­də­niy­yə­tə sa­hib ol­du­ğu­muz Azər­bay­can Tür­ki­yə­nin Or­ta Asi­ya­ya açı­lan qa­pı­sı funk­si­ya­sı­nı da­şı­maq­da­dır. Ey­ni za­man­da, Av­ro­pa­ya in­teq­ra­si­ya ba­xı­mın­dan Tür­ki­yə Azər­bay­ca­nın Qər­bə açı­lan qa­pı­sı­dır". Azər­bay­ca­nın Av­ro­at­lan­tik mə­ka­na in­teq­ra­si­ya­sı çər­çi­və­sin­də NA­TO ilə əmək­daş­lı­ğın xü­su­si önəm kəsb et­di­yi­ni qeyd edən sə­fir bil­di­rib ki, Tür­ki­yə Azər­bay­ca­nın NA­TO ilə ya­xın­laş­ma­sın­da gə­rə­kən ad­dım­la­rı at­maq­da da­vam edə­cək. H.Kı­lıc həm­çi­nin bu ilin okt­yab­rın­da ke­çi­ri­lə­cək seç­ki­lə­rin tam de­mok­ra­tik və dün­ya stan­dart­la­rı­na uy­ğun ke­çi­ri­lə­cə­yi­nə inam ifa­də edib: "De­mok­ra­tik seç­ki­lər Azər­bay­ca­nın bey­nəl­xalq aləm­də nü­fu­zu­nun art­ma­sı­na im­kan ve­rə­cək". Da­ha son­ra təd­bir­də Azər­bay­ca­nın NA­TO-da­kı föv­qə­la­də və sə­la­hiy­yə­ti sə­fi­ri Ka­mil Xa­sı­yev çı­xış edə­rək Azər­bay­ca­nın Av­ro­at­lan­tik mə­ka­na in­teq­ra­si­ya yo­lun­da at­dı­ğı ad­dım­lar­dan da­nı­şıb. Azər­bay­can üçün NA­TO-ya in­teq­ra­si­ya­nın xü­su­si önəm kəsb et­di­yi­ni bil­di­rən sə­fir qeyd edib ki, Azər­bay­can MDB mə­ka­nın­da NA­TO-nun Sülh və Tə­rəf­daş­lıq Proq­ra­mı­na qo­şu­lan ilk öl­kə­dir. K.Xa­sı­yev Azər­bay­ca­nın hər il 250-dən ar­tıq NA­TO təd­bi­rin­də iş­ti­rak et­di­yi­ni vur­ğu­la­ya­raq qeyd edib ki, bu, Cə­nu­bi Qaf­qaz öl­kə­lə­ri ara­sın­da ən yük­sək gös­tə­ri­ci­dir: "1997-ci il­də Azər­bay­can MDB öl­kə­lə­ri sı­ra­sın­da il­kin döv­lət ola­raq plan­laş­dır­ma və ana­liz pro­se­si­nə qo­şul­du. Bu pro­ses Azər­bay­ca­nın NA­TO-nun mü­da­fiə işi­nə da­ha da ya­xın­laş­ma­sı məq­sə­di da­şı­yır. O vaxt­dan baş­la­ya­raq Azər­bay­ca­nın Si­lah­lı Qüv­və­lə­ri üzə­ri­nə ar­tan say­da tə­rəf­daş­lıq məq­səd­lə­ri gö­tü­rüb. Tə­rəf­daş­lıq məq­səd­lə­ri NA­TO-nun hər­bi, tə­lim və tex­ni­ki stan­dart­la­rı­nı nə­zər­də tut­maq­la NA­TO qüv­və­lə­ri ilə hər­bi uyar­lı­ğın əl­də edil­mə­si­nə yö­nəl­di­lib. Ha­zır­da Azər­bay­can 50-dən çox tə­rəf­daş­lıq məq­səd­lə­ri hə­ya­ta ke­çi­rir". K.Xa­sı­yev vur­ğu­la­yıb ki, NA­TO ilə tə­rəf­daş­lıq proq­ra­mı çər­çi­və­sin­də Mü­da­fiə Na­zir­li­yin­də is­la­hat­lar plan­laş­dı­rı­lıb və ar­tıq bu is­la­hat­la­rın ic­ra­sı­na baş­la­nı­lıb. Təd­bir­də iş­ti­rak edən NA­TO-nun Baş ka­ti­bi­nin ic­ti­mai dip­lo­ma­ti­ya üz­rə kö­mək­çi­si Æan Fran­sua Bu­ro isə çı­xı­şın­da Azər­bay­ca­nın NA­TO ilə əmək­daş­lı­ğı­nın Av­ro­at­lan­tik mə­ka­na və bur­da­kı qu­rum­la­ra in­teq­ra­si­ya­nın bir his­sə­si ol­du­ğu­nu de­yib. Əmək­daş­lıq­dan ra­zı qal­dıq­la­rı­nı diq­qə­tə çat­dı­ran Æan Fran­sua Bu­ro vur­ğu­la­yıb ki, İPAP-ın bi­rin­ci mər­hə­lə­si ba­şa ça­tıb və Azər­bay­can bu mər­hə­lə­də uğur əl­də edib: "Pla­nın ikin­ci mər­hə­lə­si hə­ya­ta ke­çi­ri­lə­cək. Ümid­va­rıq ki, Azər­bay­can NA­TO-nun ən uğur­lu tə­rəf­daş­la­rın­dan bi­ri ola­caq. Biz NA­TO ola­raq Azər­bay­can­la əmək­daş­lı­ğın da­vam et­di­ril­mə­si­ni dəs­tək­lə­yi­rik. Konf­rans­da ABŞ-ın Azər­bay­can­da­kı föv­qə­la­də və sə­la­hiy­yət­li sə­vi­ri Enn Der­si də çı­xış edə­rək fi­kir­lə­ri­ni bil­di­rib. Sə­fir Azər­bay­can­da pre­zi­dent seç­ki­lə­ri­nin de­mok­ra­tik ke­çi­ril­mə­si­nin va­cib­li­yi­ni vur­ğu­la­ya­raq qeyd edib ki, bu, Azər­bay­ca­nın Av­ro­at­lan­tik mə­ka­na in­teq­ra­si­ya­sı­na da müs­bət tə­sir gös­tə­rə bi­lər. Nə­si­mi Cə­fər­li sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar