SON XƏBƏRLƏR

Azərbayanlı ana: Mənim uşağım üzərində “farsca yetərlilik” testi tətbiq olunub - VİDEO

2021.10.20, 07:36
Azərbayanlı ana: Mənim uşağım üzərində “farsca yetərlilik” testi tətbiq olunub - VİDEO

Gunaz.tv

GünAz TV: Təbriz şəhərindən olan azərbaycanlı ana Təhsil İdarəsi tərəfindən uşağının üzərində “farsca yetərlilik” testinin tətbiq olunduğunu bildirib.

 

O mövzu ilə bağlı “Təbriz mən” agentliyinə danışıb.

“Mən uşağımı məktəbə hazırlıq üçün qeydiyyata almaq məqsədi ilə Zəfəraniyyə məhəlləsində yerləşən “Hümmət” məktəbinə apardım. Uşağı məndən ayırıb başqa bir otağa apardılar. Ondan bəzi heyvanların adını farsca soruşublar. Mənim uşağın heyvanların adını türkcə dediyi üçün bizi bir məktubla Qiymənləndirmə Mərkəzinə göndərdilər.

Məktəbdə sözgedən test başqa uşaqlar üzərində də tətbiq olunurdu. Lakin mənim uşağın farsca bilmədiyi üçün biz Əyalətin bir Qiymətləndirmə Mərkəzinə göndərildik.”- deyə o bildirib.

 

Azərbaycanlı ana əlavə edib ki, İnstaqramda “farsca yetərlilik” testi mövzusu ilə tanış olduğum üçün uşağın üzərində həmin testin tətbiq olunduğunu bilib.

 

Təbrizdən olan xanım ötən həftə də bu barədə sosial şəbəkələrdə bir video yaymışdır.

https://www.youtube.com/watch?time_continue=43&v=W38wCX_xocs

 

“Təbriz mən” saytı insan hüquqlarına zidd və məntiqsiz olan “farsca yetərlilik” testinin Təhsil Nazirinin ibtidai təhsil üzrə müavini tərəfindən elan olunduqdan sonra çoxlu etirazlara səbəb olduğunu yazıb. Bildirilib ki, Təhsil İdarəsi sözügedən testin tətbiq olunmasını təkzib etsə də bu test bir çox şəhərdə, o cümlədən Azərbaycanın Meşginşəhr və Şot şəhərlərində tətbiq olunub və bu barədə faktlar var.

 

İran dövlətinin xəbər agentliyi “İrna” da iyulun 31-də ““farsca yetərlilik” testi qalmaqalı, dövlətin nailiyyətinə qarşı çıxmayın” başlıqlı bir mətn dərc edərək sözügedən testin məktəblərdə tətbiq edilməsini təsdiqləmişdir.

Agentlik mövzu ilə bağlı Qərbi Azərbaycan Əyalətinin Makı və Şot şəhərlərindən olan iki valdeyindən müsahibə almışdır. Valdeyinlər testin uşaqlar, o cümlədən övladlarının üzərində tətbiq olunduğunu təsdiq etmişdir.

 

İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə ediləcəyini açıqlamışdır. O bu qərarı İranın dini lideri Əli Xamneyinin fars dilini öyrənməklə bağlı tövsiyyəsinə diqqət yetirmək, təhsildə ədaləti təmin etmək və ikidilli bölgələrdə şagirdlərə “gec öyrənən” etiketinin vurulmasının qarşısını almaqla əlaqələndirmişdir.

Plana görə, məktəbə daxil olmaq istəyən uşaqlar fars dilində müəyyən qədər danışmalıdır, əks halda onların sağlamlıq durumu təsdiq olunmayacaq və məktəb tərəfindən qeydiyyata alınmayacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar