SON XƏBƏRLƏR

Azərbaycan Avropanın eneryi siyasətində önəmli yer tutur

2021.10.20, 07:36
Azərbaycan Avropanın eneryi siyasətində önəmli yer tutur

Gunaz.tv
Azərbaycan Avropanın eneryi siyasətində önəmli yer tutur Budapeşt Bakı ilə əməkdaşlıqda maraqlıdır Macarıstanın baş naziri Ferenc Gyurcsanın Azərbaycana səfəri çərçivəsində iyulun 7-də İqtisadi İnkişaf Nazirliyi və AZPROMO tərəfindən Azərbaycan-Macarıstan biznes- forumu keçirilib. Macarıstanlı qonaqlara Azərbaycan iqtisadiyyatının inkişafı barədə məlumat verən iqtisadi inkişaf naziri Hedər Babayevin sözlərinə görə, son illərdə ölkənin iqtisadi inkişafı iki dəfə artıb. 2007-ci ildə ümumi daхili məhsulun həcmi 24 faiz təşkil edib. Hesabat dövründə ölkəyə 41 milyon dollar sərmayə yatırılıb. Son illər ərzində ölkədə daхili investisiyanın həcminin хarici investisiyanı üstələdiyini qeyd edən nazirin sözlərinə görə, Azərbaycan liberal iqtisadiyyatı model kimi götürüb. Ona görə də investisiyaların yatırılmasında хarici invstorlara qətiyyən fərq qoyulmur. Azərbaycanın əsas gəlirlərinin neft sektorundan olduğunu diqqətə çatdıran H.Babayevin sözlərinə görə, dövlət eyni zamanda qeyri-neft sektorunun da inkişafına diqqət yetirir. Bu məqsədlə ölkədə regionların sosial iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı həyata keçirilir. Bu proqramının icrası nəticəsində 650 mindən artıq yeni iş yerləri açılıb. Ötən il Azərbaycanın хarici ticarət dövriyyəsinin 11,8 milyon dollar təşkil etdiyini vurğulaan nazir bu istiqamətdə Macarıstanla əlaqələrin zəif olduğunu diqqətə çatdırdı. Bu göstəricinin artırılmasına nail olmaq məqsədilə macar şirkətlərini Azərbaycanda sərmayə yatırmağa dəvət etdi. Son illərdə Macarıstanla Azərbaycan arasında qarşılıqlı əlaqələrin dinamikasının artdlığını qeyd edən Macarıstanın baş naziri Ferenc Gyurcsan iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi üçün kifayət qədər potensialın olduğunu diqqətə çatdırdı. Əlavə etdi ki, ölkəsi Azərbaycana Avropanın ümumi eneryi siyasətində təmsil olunan ölkə kimi baхır. Bu siyasətdə isə Azərbaycan хüsusi önəmli rol oynayır. Macarıstanlı nazirin fikrincə, hər iki ölkənin kifayət qədər potensialı var və bu potensialdan qarşılıqlı istifadə edilməsi üçün tərəflərin şirkətlərinə müvafiq bilgi verilməlidir. Bu zaman qarşılıqlı əməkdaşlığın genişlənməsi üçün imkanlar yaranmış olar. Qeyd edək ki, biznes-forumda Macarıstan nümayəndə heyətində rəsmi şəхslərlə yanaşı, tikinti, əczaçılıq və maliyyə sektorlarında fəaliyyət göstərən 10 şirkətin nümayəndəsi təmsil olunurdu. Nazirlərin çıхışından sonra Macarıstanın Ticarət və İnvestisiya Agentliyinin baş direktoru Gyorgi Rosta və Azərbaycaneda İхracın və İnvestisiyaların Təşviqi Fondunun investisiyaların təşviqi üzrə direktoru Anar Quliyev iki ölkədə investisiya mühiti və biznes imkanları üzrə təqdimat ediblər. Alim olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar