Azərbaycan bayrağına görə həbs olundu

2008-07-24 04:46

Xədicə İsmayılova-Azadlıq Radiosu-Cümə axşamı, 24 iyul 2008 İyulun 22-də İranın Rəşt şəhərində həbs olunan azərbaycanlıların milli hüquqları uğrunda hərəkatın fəalı Vədud Əsədini iyulun 23-ü səhər Rəşt İnqilab Məhkəməsinə aparıblar. Vədud Əsədi Ərdəbil Un

Gunaz.tv Quote | Gunaz article

Xədicə İsmayılova-Azadlıq Radiosu-Cümə axşamı, 24 iyul 2008 İyulun 22-də İranın Rəşt şəhərində həbs olunan azərbaycanlıların milli hüquqları uğrunda hərəkatın fəalı Vədud Əsədini iyulun 23-ü səhər Rəşt İnqilab Məhkəməsinə aparıblar. Vədud Əsədi Ərdəbil Universiteti İslami Tələbə Cəmiyyətinin keçmiş rəhbəridir. O, tələbə qəzetlərindəki çıxışları ilə də tanınır. Cənab Əsədini toyundan iki həftə sonra həbs ediblər. Ailə üzvləri bu gün məhkəmədə iclasın keçirilib-keçirilmədiyindən, hansı ittihamların irəli sürülməsindən xəbərdar deyil. «Bilmirik. Gəldilər, saat yeddiyə yaxın idi, qapını vurdular, kağız göstərdilər ki, icazəmiz var. Dörd nəfər içəri girdi, ikisi qapıda qaldı çöldə…» Vədud Əsədinin bacısı Süməyya Əsədi həbs zamanı axtarış aparıldığını və Azərbaycan dilində, türklərin tarixinə dair kitabların, CD və kompüterin də müsadirə olunduğunu deyir. «Otaqları bir-bir gəzdilər. Vədudun məqalələrini, xatirə dəftərini, kitablarının hamısını apardılar. Albomlarını da götürdülər, şəkillərini, toy çəkilişlərini, CD-ləri bizdən alıb apardılar ki, bunları hamısını gərək verəsiniz». Süməyya Əsədi güman edir ki, Vədud Əsədini toyunda Azərbaycan milli simvolikasından istifadə etdiyi üçün həbs ediblər. «Düşünürəm ki, Vədudun toyunda tortun üzərində Azərbaycan bayrağının şəklini vermişdik, yalnız Azərbaycan milli mahnıları oxuduq. Toyda əsla fars mahnıları çalınmadı. Biz hamımız türki dedik güldük, oynadıq. Öz bayrağımızı çıxardarıq, özgəsinin bayrağını neyləyik? Güman edirəm elə buna görə də Vədudu tutublar. Çünki gələndə də bizdən məhz Vədudun toyunun kasetini istədilər». Süməyya Əsədi qardaşının separatçı olmadığını, yalnız dil hüquqları uğrunda mübarizə apardığını deyir: «Yox-yox, biz Təcziyəçi (separatçı-red.) deyilik. Amma mən ki, türkəm, türkcə danışaram. Bir məmləkətin ki, 35 milyon türkü ola, o 35 milyon öz dilində yaza, poza, danışa bilməz? Öz dilində toy edə, deyib-gülüb, şənlənə bilməz? Bu haqqı da yoxdur? Haqqı yoxdur bir tortun üstünə bir bayraq çıxara? Gəlib tutsunlar, aparsınlar?» Vədud Əsədi 2006-cı ilin mayında rəsmi «İran» qəzetində azərbaycanlıları tarakan şəklində göstərən və altında tarakanların məhv edilmə üsullarını təqdim edən karikaturun çap olunmasından sonra da həbs olunmuşdu. O zaman universitetdə təşkil olunan etiraz tədbirində və diskriminasiya əleyhinə aclıq aksiyasına qatıldığı zaman tutulan Vədud Əsədini dörd aya yaxın həbsdə saxlasalar da, heç bir ittiham irəli sürməmişdilər. Vədud Əsədinin həyat yoldaşı Zəhra Purəsəd onun harda saxlandığından xəbərsiz olduqlarını və görüş ala bilmədiklərini deyir. «Ettelaata aparıblar. Dünəndən bəri xəbərimiz yoxdur». -Sizcə. Həyat yoldaşınızı nəyə görə həbs ediblər? -Bizə də demədilər ki, nəyə görə aparırıq. Elə birdən. Biz özümüz də dəqiq bilmirik. Nə qədər soruşduq da, demədilər. -Özünüzü necə hiss edirsiniz? Cəmi iki həftədir ailə qurmusunuz, və həyat yoldaşınızı həbs ediblər. Nə hiss edirsiniz? -İftixar edirəm. Vətən yolunda tutulubdu. Başqa işə görə deyil. Oğurluq etməyib, içməyib, əyyaşlıq etməyib. Yalnız vətən yolunda. İftixar edirəm. İran konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz dilində təhsil və mədəniyyətlərini qorumaq haqqı tanısa da, azərbaycanlıların ana dilində təhsil tələbləri yerinə yetirilmir. İranda müxtəlif mənbələrə görə 20 milyondan 35 milyonadək azərbaycanlı yaşayır. ABŞ Dövlət Departamentinin İnsan hüquqları hesabatında bildirilir ki, azərbaycanlı iranlılar etnik və linqvistik diskriminasiyaya məruz qalmalarından, o cümlədən, məktəblərdə azərbaycanca təhsilə qoyulan qadağalardan, coğrafi adların dəyişdirilməsindən şikayətçidirlər. Beynəlxalq Amnistiya Təşkilatı İranda milli hüquqları uğrunda mübarizə aparan azərbaycanlı fəalların İranda təzyiqlərə, həbs və işgəncəyə məruz qaldığını, bu fəalları vicdan məhbusu kimi tanıdığını bildirir. http://azadliq.org/Article/2008/07/24/20080724192409720.html
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV May.18.2021-Özümüz: Partlar (Əşkanlılar)

2021-05-18

gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17