SON XƏBƏRLƏR

Azərbaycan boksçusu erməni rəqibini məğlub edib

2021.10.20, 07:36
Azərbaycan boksçusu erməni rəqibini məğlub edib

Gunaz.tv
Azərbaycan boksçusu erməni rəqibini məğlub edib boks1.jpg Bolqarıstanın Plovdiv şəhərində təşkil olanan boks turnirində daha 6 azərbaycanlı boks ustası uğura imza atıb Bolqarıstanın Plovdiv şəhərində təşkil olanan boks üzrə yeniyetmələr arasında Avropa çempionatında, azərbaycanlı əlcək sahiblərinin uğurlu çıxışları davam edir. Yarışda iştirak edən 13 boksçudan 6-sı, bürünc medalı özü üçün təmin edib. Ən böyük və yadda qalan uğurun müəllifi isə 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayevin adı ilə bağlıdır. Belə ki, həmyerlimiz 1/4 finalda, ermənistanlı Aram Papoyanı 15-4 hesabı ilə məğlub edib. Teymur Məmmədovla Ukrayna təmsilçisi Anatoli Fişiç arasında keçirilən görüşdə zərbələrin sayında bərabərlik qeydə alınsa da, hakimlər sonda qələbəni həmyerlimizə veriblər. Bundan əlavə daha 4 idmançımız- Salman Əlizadə, Elnur Zeynalov, Fərid Mansurov və Tamerlan Abdullayev də ən azından bürünc medalı özünə təmin edib. 1/4 finala yüksəlmiş boksçularımızdan yalnız biri, Anar Əliyev rusiyalı rəqibinə məğlub olaraq mübarizəni dayandırıb. Qeyd edək ki, Avropa çempionatına iyunun 28-də keçiriləcək final döyüşlərindən sonra yekun vurulacaq. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar