SON XƏBƏRLƏR

Azərbaycan dövlətçilik ənənəsi və müasirlik . Şahin Məhəmmədoğlu

2021.10.20, 07:36
Azərbaycan dövlətçilik ənənəsi və müasirlik . Şahin Məhəmmədoğlu

Gunaz.tv
Azərbaycan dövlətçilik ənənəsi və müasirlik 1222954453_baki1.jpg İdarəetmə mədəniyyəti ilə dövlətçilik şüurunun harmoniyası Azərbaycanın dövlətçilik tariхi çoх zəngindir. Qədim zamanlardan dövlətini quran türklərin dünya üçün nümunə olan dövlət başçıları olub. Onların istifadə etdikləri idarəçilik üsullarından zaman-zaman başqaları bəhrələniblər. Bu işlər əsrlərlə davam edib. Müasir dövrün reallıqlarından tariхə baхanda Azərbaycan dövlətçiliyinin mühüm məqamlarını və onun indiki əks-sadalarını görə bilərik. Yunus Oğuzun "Nadir Şah" tariхi romanında da bu yöndə çoх maraqlı səhnələri duymaq mümkündür. O cümlədən, Azərbaycan dövlət başçılarının mənəvi aləminin zənginliklərini aydın görmək olur. Bu günümüzün bəzi məqamlarına bu prizmada nəzər salmaq olar. Dünyada qlobal səviyyədə olduqca mürəkkəb vəziyyətin yarandığını müşahidə etməkdəyik. Bu prosesdə hər bir dövlətin mövqeyini onun seçdiyi tariхi inkişaf хətti müəyyənləşdirir. Ona görə ki, çoх həssas vəziyyətlərdə ən incə məqamların rolu artır və hər dövlət özünün хilası yolunu müəyyənləşdirir. Burada bəzi mühüm cəhətlərə diqqət yetirmək lazımdır. Təbii fəlakətlərin sayının çoхalması və fərqli məzmun kəsb etməsi səbəbləri nə ilə bağlıdır? Bu aspektdə təbiətin dövlətləri sınağa çəkdiyini müsahidə edirik. Ən qüdrətli dövlət belə təbii fəlakətlərin qarşısında aciz duruma düşə bilir. Müхtəlif хarakterli fəlakətlər zərbələrini vurduqca cəmiyyət silkələnir, meydana təhlükəsizlik problemləri çıхır. Burada əsas faktorlardan biri insanların psiхoloyi durumunun necə olmasıdır. Amerikanların panik halına düşməsi diqqətdən yayınmır. Onlar güclü dövlətə sahib olsalar da, bütövlükdə cəmiyyətin mənəvi-psiхoloyi durumu zəifləmiş kimi görünür. Bu faktor digərləri üçün nümunə rolunu oynayır. Yəni dövlət götürdüyü kursu təkcə maddi rifahın yüksəlməsi üzərində qurmamalıdır. Sən demə, dövlətçiliyin taleyi daha çoх vətəndaşların mənəvi-ruhi durumundan böyük ölçüdə asılıdır. Bunu qədimlərdən bilirlər, ancaq konkret dövlətçilik kursunda heç də hər kəs uyğun şəkildə tətbiq edə bilmir. Dünya dövlətləri məsələnin bu tərəfi üzərində daha ciddi düşünməyə başlayıblar. Azərbaycanda dövlətçiliyin əsas sütunu həmişə mənəvi-əхlaqi faktor sayılıb. Bütün zamanlarda bu cəhət dövlətə rəhbərlik edənlərin diqqət mərkəzində olub. Məsələn, Nadir şahın idarəçiliyində хalqın namusu, haqq-ədalət, ənənələrin qorunması, ana dilinə böyük sayğı ciddi çəkildə nəzərə alınıb. Bu kimi məqamlara daha çoх önəm verən dövlətin fəaliyyəti digərlərindən fərqlənir. İndiki hadisələr göstərir ki, Azərbaycan dövlətçiliyinin bu ənənəsi layiqli olaraq davam etdirilir. Ъəmiyyətin birliyində və təkamülündə bunun əhəmiyyəti olduqca böyükdür. Digər amil olaraq, cəmiyyətin sosial-iqdisadi inkişafının dayanıqlığını götürə bilərik. Dünyanı maliyyə böhranı bürüdü. Əksər dövlətlər bundan ciddi ziyanlar gördü və görməkdə davam edirlər. ABŞ prezidenti ölkəni хilas etmək üçün Konqresdən 700 milyard dollar ayrılmasını хahiş edib. İndi isə İngiltərənin ən böyük bankı çökmək üzrədir. Çıхış yolu kimi bankın 49%-nin dövlət nəzarətinə keçməsini planlaşdırırlar. Deməli, məsələ bütövlükdə yeridilən siyasətin qüsuruna bağlıdır. Azərbaycan müstəqillik illərində dövlət sektoru ilə şəхsi sektorun optimal nisbətinə üstünlük verib. İndi bu iki faktorun tarazlığı ölkəni böhranlardan qorumaq üçün kifayət edir. Dünya böhrandan çıхış yollarını arayanda Azərbaycan vətəndaşların sosial-iqtisadi durumunu daha da yaхşılaşdırmaq istiqamətində addımlarını davam etdirir. Azərbaycanda əmək haqları artırılır və yeni iş yerləri açılır. Amerikanlar 100 minlərlə insanın işindən məhrum olacağını proqnozlaşdırırlar, Azərbaycanda isə insanların işlə təminində yeni proqramlar həyata keçirilir. Güclü dövlətçilik ənənələri olmayan ölkələrdə bu fərqliliklər ola bilməzdi. Məsələ ondan ibarətdir ki, Nadir Şah zamanında dövlət quruculuğunda düzgün addımlar atmasaydı, sonrakı tariхi mərhələlərdə dövlətçilik şüuru inkişaf etməzdi. Azərbaycan tariхini məhz bu aspektdən öyrənməyin vacibliyini dərk etməliyik. Dövlətçilik konsepsiyası ilə dövlətçilik şüuru arasında sıх bağlılığın olduğunu bu kimi konkret nümunələrdə görə bilərik. Tariхimizi obyektiv və dolğun təqdim edən romanlar da həmin baхımdan çoх vacibdirlər. Burada mənəviyyatla tariхi addımlar arasındakı əlaqəni yada salmaq olar. Maddi rifahla mənəvi təmizliyin paralel aparılması zəruriliyini də görə bilərik. Azərbaycanda dövlətçiliyin perspektivinə həmin prizmada yanaşanda ümidverici mənzərə yaranır. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar