SON XƏBƏRLƏR

Azərbaycan əhalisi Nazirlər Kabinetində türk nazir görmək istəyir – Təbrizin millət vəkili

2021.10.20, 07:36
Azərbaycan əhalisi Nazirlər Kabinetində türk nazir görmək istəyir – Təbrizin millət vəkili

Gunaz.tv

GünAz TV: Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Üskü) İran parlamentindəki millət vəkili Zəhra Sai Azərbaycan əhalisinin Nazirlər Kanibetində türkləri görmək istədiyini bildirib.

 

O bu barədə oktyabrın 16-da “Təbriz mən” yerli xəbər agentliyinə danışıb.

 

“Azərbaycan əhalisinin tələblərindən biri Nazirlər Kabineti üçün türk namizədlərin prezident tərəfindən parlamentə təklif olunmasıdır. Prezident bu məsələyə diqqət yetirməlidir. Bu bölgədə çoxlu qabliyyətli və bacarıqlı insanlar var, prezident özü də onları yaxşı tanıyır. Həmin şəxlər nazir postunda fəaliyyət göstərə bilərlər. Hesab eliyirəm ki, hər iki seçkidə Həsən Ruhaniyə dəstək verən Azərbaycan əhalisinin bu tələbi təmin olunmalıdır”- deyə millət vəkili vurğulayıb.

 

Zəhra Sai söhbətinin digər hissəsində parlamentin qadın millət vəkillərinin qadın naziri haqda prezidentə məktubla müraciət etdiklərini də diqqətə çatdırıb.

 

O bildirib ki, nazir postları üçün prezident tərəfindən parlamentə təqdim olunacaq namizədlər arasında ən azı bir qadın namizəd görmək istəyirik. Lakin ehtimal olunan namizədlər arasında bu məsələnin nəzərdə tutulmadığı görünür.

 

Qeyd edək ki, Azərbaycan əhalisinin ictimai tələbinə baxmayaraq azərbaycanlı millət vəkilləri bu barədə prezidentə yazılı məktub yazmayıb və türk namizədlər təklif etməyiblər.

 

Həsən Ruhani son vaxtlar istefaya göndərilən 4 nazirin yerinə yeni şəxslər təyin etməyə hazırlaşır. Hazırda nazirlər arasında türk yoxdur, 3 nazirdən başqa digər nazirlərin hamısı farsdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar