Azərbaycan əyalətlərində(Güney) pandemiyanın son durumu

2021-02-16 15:04

Şərqi Azərbaycan əyalətinin qubernatorunun siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini əyalətin Əcəbşer, Tufarqan (Azərşəhr), Sarab və Culfa şəhərlərinin narıncı vəziyyətdə olduğunu bildirib.

Gunaz.tv Quote | Gunaz article

İranda COVİD-19-a yoluxma hallarında təhlükə səviyyəsi qırmızı, narıncı, sarı, ağ və yaşıl rənglər kimi kateqoriyalara bölünür. Keçən ay bu kateqoriyalara mavi rəng artırılıb. Sarı şəhərlərdən daha az məhdudiyyət qoymaq üçün mavi rəng təyin edilib. Mavi şəhərlərdə bütün iş yerləri elan edilmiş sağlamlıq protokollarına uyğun olaraq fəaliyyət göstərə bilər.


Təbriz Tibb Elmləri Universitetinin sədrinin açıqlamalarına görə, hal-hazırda Təbriz, Əhər, Bostanabad, Binab, Şəbistər, Marağa, Mərənd, Məlik Kəndi (Məlikan) və Miyana şəhəri sarı və əhalisi az olan Üskü, Çaroymaq, Sərəskənd (Həştrud), Kəleybər, Horand, Xudafərin, Heris və Vərziqan şəhərləri isə mavi kateqoriyalardadır.


Qərbi Azərbaycan əyalətinin Tibbi Elmlər və Səhiyyə Xidmətləri Universitetinin sədri, həkim Cavad Ağazadənin dediyinə görə, son statistikalara görə, bu əyalətdə kəskin tənəffüs sindromu diaqnozu qoyulmuş 443 nəfər xəstəxanaya yerləşdirilib və müalicə olunur. Son 20 günə ərzində Qərbi Azərbaycanda COVİD-19 xəstələrinin sayı 333 nəfər idi.


Güney Azərbaycanın Zəncan əyalətinin Tibb Elmləri və Tibbi Xidmətlər Universitetinin sədri ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin açıqladığı son vəziyyətə istinadən, Zəncanın beş şəhərinin sarı və digər üç şəhərinin vəziyyətinin mavi rəngdə olduğunu bildirib.


Pərviz Qızılbaşın dediyinə görə, Zəncan, Əbhər, Xudabəndə, Xurrəm Dərə və Tarım şəhərinin vəziyyəti sarı və İcrud, Sultaniyyə ilə Mahnişan şəhərlərinin də vəziyyəti sarı rəngdədir.


Qızılbaş COVİD-19 xəstəliyinin yayılmasından bir il sonra Zəncan əyalətində bu xəstəlik səbəbindən 1150 nəfərin öldüyünü bildirib.


Azərbaycanın Ərdəbil əyalətinin Tibb Elmləri və Tibbi Xidmətlər Universitetinin sədri Şəhram Həbibzadə isə İRNA xəbər agentliyi ilə müsahibədə, bu əyalətdəki Ərdəbil, Xalxal, Xiyav (Meşkinşəhr) və Parsabad(Muğan) şəhərinin vəziyyətini sarı və Biləsuvar, Səreyin, Aslanduz, Kövsər, Nəmin, Ənqut ve Germi şəhərlərinin də vəziyyətinin mavi rəngdə olduğunu bildirib.


Həbibzadənin dediyinə görə, son 11 ay ərzində əyalətdə 1377 nəfər COVİD-19 xəstəliyi səbəbi ilə həyatını itirib.


Qəzvin əyalətinin Tibb Elmləri və Tibbi Xidmətlər Universitetinin sədri Peyman namdar isə əyalətin Abyek şəhərində 7 nəfərin mutasiyaya uğramış yeni növ koronovirusa yoluxduğunu. Onların bir neçə gün öncə bu virusdan həyatını itirən şəxsin yaxın ailə üzvləri olduğunu deyib.


Peyman Namdar bildirib ki, hal-hazırda əyalətdə gündəlik 32 COVİD-19 xəstəsi xəstəxanalara yerləşdirilir. Virusun yayılmasından bu günə kimi isə əyalətdə toplam 17 min 536 nəfər bu virusa yoluxub. Onların 14 min 671 nəfəri sağalaraq evlərinə buraxılıb.


O, ötən 24 saat ərzində 3 nəfər koronovirus xəstəsinin öldüyünü, bununlada virus nəticəsində həyatını itirənlərin sayının 1294-ə çatdığını və hal-hazırda əyalət xəstəxanalarında 68 nəfərin reanimasiya şöbələrində müalicə aldığını deyib.


P.Namdar hazırda Avuc şəhərinin vəziyyətinin mavi, 5 şəhərin vəziyyətinin sarı olduğunu, bununla yanaşı Qəzvin, Əlborz, Takistan və Boin Zahra şəhərlərində ən çox koronovirus xəstələrinin xəstəxanalarda müalicə olunduğunu açıqlayıb.


Həmədan əyalətinin Tibb Elmləri Universitetinin sözçüsü Məhəmməd Tahiri bu günə kimi əyalətdə COVİD-19-dan ölənlərinin sayının 1500 nəfəri ötdüyünü deyib.


Əyalətin Kəbudərahəng şəhərinin Tibbi Xidmətlər və Müalicə təşkilatının rəisi Əli Əhmədi şəhərdə koronovirusun yayılmasının yenidən sürətlənəcəyi barədə xəbərdarlıq edib. Əli Əhmədi bu günə kimi şəhərdə virusa yoluxanlardan 99 nəfərinin həyatını itirdiyini söyləyib.


Rəsmilər pandemiya vəziyyətinin vətəndaşlar tərəfindən normal hesab etmələrini təhlükəli bilib, xəstə və ölüm sayının artmasına səbəb olduğunu qeyd edib. Mütəxəssislər ümumi vaksinasiyaya qədər sağlamlıq protokollarına riayət etməklə yoluxma hallarını azaltmaq və xəstəlik zəncirini kəsmək üçün yeganə yol olduğunu qeyd edirlər.


İranda 4-cü yoluxma dalğası xəbərdarlığı ilə yanaşı yenidən qırmızı kateqoriyaya yüksələn 9 əyalət arasında epidemiyanın ən təhlükəli vəziyyəti Xuzistan əyalətində müşahidə edilir.


Son günlərdə İran Səhiyyə Naziri Nəməki koronavirusun mutasiyaya uğramış yeni növünün bütün ölkəyə yayıldığını açıqlayaraq, ölkə vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
 
C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16

gun az article

Ərdəbildə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib

2021-09-16