SON XƏBƏRLƏR

Azərbaycan geyimində olan “Traxtur” tərəfdarları stadiona buraxılmayıb - VİDEO

2021.10.20, 07:36
Azərbaycan geyimində olan “Traxtur” tərəfdarları stadiona buraxılmayıb - VİDEO

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, martın 14-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” və Məşhədin “Pədidə” komandaları qarşılaşıb.

 

Məlumata görə, stadiona Azərbaycan geyimi ilə daxil olmaq istəyən “Traxtur” tərəfdarlarının qarşısı alınıb.

 

Marağa və Miyanadan milli geyimlə stadiona gələn soydaşlarımız geyimlərini çıxardaraq qardrob otağına verməyə məcbur olub, onlar bundan sonra stadiona buraxılıb.

 

Oxşar hadisə martın 7-də səhənd stadionunda Təbrizin “Traxtur” və “Maşınsazi” komandalarının super liqa yarışları çərçivəsində keçirdiyi görüş zamanı baş vermişdir. Təhlükəsizlik qüvvələri 3 “Traxtur” tərəfdarını milli geyimdə olduğu üçün stadiona buraxmamışdır.

 

Qeyd edək ki, İranda lor, kürd, ərəb, bəluç və s. millətlərə mənsub olan vətəndaşlar hər yerə, o cümlədən ümumi məkanlara sərbəst gedə bilir. Azərbaycanlıların bu məsələdə də ayrı-seçkiliyə məruz qalması xüsusi diqqət çəkir.

 

https://www.youtube.com/watch?time_continue=13&v=NEXio_qQLH4

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar