SON XƏBƏRLƏR

AZƏRBAYCAN GÜLƏŞÇİSİ ELVİN MÜRSƏLİYEV DÜNYA ÇEMPİONU OLUB

2021.10.20, 07:36
AZƏRBAYCAN GÜLƏŞÇİSİ ELVİN MÜRSƏLİYEV DÜNYA ÇEMPİONU OLUB

Gunaz.tv
AZƏRBAYCAN GÜLƏŞÇİSİ ELVİN MÜRSƏLİYEV DÜNYA ÇEMPİONU OLUB gules.jpg Azərbaycanın yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandasının üzvü Elvin Mürsəliyev dünya çempionu olub. 20 yaşlı pəhləvanımız bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında imza atıb. Yarışın ilk günündə mübarizəyə qoşulan E.Mürsəliyev (74 kq) ardıcıl olaraq, Cənubi Koreya, Hindistan, Özbəkistan və İran təmsilçilərini məğlub etdikdən sonra finala çıxıb. Həlledici görüşdə onun rəqibi qazaxıstanlı Alxazur Özdiyev olub. Pəhləvanımız bu görüşdə də qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Daha bir medala 60 kq çəkidə çıxış edən Hacıxan Mustafayev yiyələnib. 20 yaşlı güləşçimiz ilk görüşündə Belarus idmançısına uduzsa da, rəqibinin finaladək irəliləməsi ona təsəlliverici qarşılaşmalara qatılmaq imkanı yaradıb. Bu mərhələdə Almaniya və Çexiya pəhləvanlarını yenən H.Mustafayev bürünc medal uğrunda son cəhddə Ermənistan təmsilçisi Varam Xaçatryanla üz-üzə gəlib. Prinsipial görüşdə də rəqibini məyus edən həmyerlimiz bürünc medala sahib çıxıb. Daha 2 güləşçimiz – Xurşud Babaşov (50 kq) və Səməd Cəbrayılov (96 kq) medalsız qalıblar. X.Babaşov ardıcıl olaraq, Özbəkistan və Gürcüstan idmançılarını məğlub etsə də, ¼ finalda Qırğızıstan təmsilçisinə yenilib. Lakin uduzduğu rəqibin finaladək irəliləməsi səbəbindən, o, təsəlliverici görüşlərə qatıla bilib. Bu mərhələdə həmyerlimiz türkiyəli Fərhad Təkinə uduzaraq, mübarizəni dayandırıb. S.Cəbrayılov isə ilk görüşdə Yunanıstan pəhləvanını məğlub etsə də, növbəti qarşılaşmada gürcüstanlı rəqibinə uduzub. Qonşu ölkə təmsilçisi finaladək irəliləyə bilmədiyindən, həmyerlimiz təsəlliverici görüşlərə qatıla bilməyib. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar