SON XƏBƏRLƏR

AZƏRBAYCAN GÜRCÜSTANA 400 MİN MANATLIQ DƏRMAN PREPARATI VƏ TİBBİ LƏVAZİMAT GÖNDƏRİB

2021.10.20, 07:36
AZƏRBAYCAN GÜRCÜSTANA 400 MİN MANATLIQ DƏRMAN PREPARATI VƏ TİBBİ LƏVAZİMAT GÖNDƏRİB

Gunaz.tv
AZƏRBAYCAN GÜRCÜSTANA 400 MİN MANATLIQ DƏRMAN PREPARATI VƏ TİBBİ LƏVAZİMAT GÖNDƏRİB gurcu_bayragi-1.jpg Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanda baş verən münaqişə nəticəsində yaranmış dərman çatışmazlığı problemini nəzərə alaraq, qonşu ölkəyə humanitar yardım etmək üçün Səhiyyə Nazirliyinə tapşırıq verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin verdiyi məlumata görə, bu tapşırıq əsasında Gürcüstanın Səhiyyə Nazirliyinə 400 adda dərman preparatları və tibbi ləvazimatlarla yüklənmiş 5 maşın göndərilib. Təxminən 400 min manat dəyərində olan 25 tonluq humanitar yardım, əsasən, reanimasiya, travmatologiya, cərrahiyyə sahələrinə aid dərmanlardan ibarətdir. Hazırda dərman qıtlığı problemi ilə üzləşən Gürcüstana digər sahələr üçün də yüksək keyfiyyətli bütün lazımi preparatlar göndərilib. /APA/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar