SON XƏBƏRLƏR

Azərbaycan hərbiçiləri NATO-nun tədbirinə qatılacaqlar

2021.10.20, 07:36
Azərbaycan hərbiçiləri NATO-nun tədbirinə qatılacaqlar

Gunaz.tv
Azərbaycan hərbiçiləri NATO-nun tədbirinə qatılacaqlar sulhmeramli_azer1.jpg Hərbiçilərimiz İspaniya, Türkiyə, Belçika, Gürcüstan və Macarıstanda keçiriləcək tədbirlərdə iştirak edəcək Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycanla NATO arasında imzalanmış «Sülh naminə tərəfdaşlıq» fərdi proqramına uyğun olaraq bir sıra tədbirlərdə iştirak edəcəklər. Azərabaycan hərbiçiləri iyunun 23-dən 27-nə kimi İspaniyanın paytaxtı Madriddə keçiriləcək «Sülhü dəstəkləmə əməliyyatı» konfransına qatılacaqlar. Bundan əlavə iyunun 23-27-də Ukraynanın Lvov şəhərində «Rapid Trident 2008» təliminin yekun planlaşdırma konfransında, Belçikanın Brüssel şəhərində NATO Yanacaq Komitəsinin işçi görüşündə (23-27 iyun), Macarıstanın paytaxtı Budapeştdə «Müəllimlər üçün Hərbi Terminologiya» kursunda (23 iyun-04 iyul), Gürcüstanın Tiflis şəhərində SNT Konsepsiyalarının təkmilləşdirilməsi və təcrübələrin həyata keçirilməsi üzrə işçi görüşündə (24-26 iyun), eləcədə Türkiyənin İzmir şəhərində «Hərbi Hava Əməliyyatları üzrə terminologiya» kursunda (30 iyun-11 iyul) iştirak edəcəklər. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar