"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti Təbrizdə həbs olunan fəalalrın azadlığa buraxılmasını tələb edib

2021-07-26 12:51

"Ərk" Azərbaycan İnsan Haqları Cəmiyyəti iyulun 24-də Təbrizdə Xuzistan ərəblərinə dəstək məqsədilə keçirilən kütləvi etirazlarda həbs edilənlərlə bağlı bəyanat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Təşkilat iyulun 25-də yaydığı bəyanatda saxlanılan milli fəalların qeyd-şərtsiz ada olunmasını tələb edib.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin rəhbəri xanım Jalə Təbrizi yaydığı bəyanatda bildirib ki, iyulun 23-də Təbrizdə və Güney Azərbaycanın digər şəhərlərində on minlərlə insanın iştirakı ilə keçirilən dinc etirazlarda həbs olunanlar dərhal azadlığa buraxılmalıdır.


“Azərbaycan Milli Hərəkatına bağlı təşkilatların “Əl-Əhvaz” ərəb xalqı ilə həmrəylik nümayiş etdirmək üçün dinc aksiyaların keçirilməsi ilə bağlı edilən çağırışların ardınca, İran rejimi özünün çoxlu sayda təhlükəsizlik qüvvələrini Təbrizə cəlb edərək şəhərdə güclü polis rejimi yaratmışdı.


Həmçinin Təbriz səmasında təyyarələrin uçuşuna qadağa qoyulmuş, etirazları nəzarətdə salamaq üçün havaya onlarla hərbi pilotsuz uçan aparat qaldırılmışdı. Lakin bütün bunlara baxmayaraq, iyulun 23-də on minlərlə Təbriz əhalisi Təbrizdə, Urmiyada və Güney Azərbaycanın digər bir neçə şəhərində küçələrə axışaraq Əl-Əhvaz ərəbləri ilə həmrəy olduqlarını nümayiş etdirdilər. 


Etirazlar tam dinc şəkildə keçirilib və dövlət əmlakına hər hansı bir ziyan yetirilməyib. Buna baxmayaraq, İran Kəşfiyyat Nazirliyinin mülki geyimli əməkdaşları və özəl yaraqlı motosikletçi qüvvələr dinc etirazçılara hücum edərək, onları vəhşicəsinə döyməyə və həbs etməyə başladılar. Beləliklə də onlarla aksiyaçı həbs edilərək naməlum istiqamətə aparıldı". 


Jalə Təbrizli bildirib ki, "Ərk" Cəmiyyətinə göndərilən onlarla yazılı və səsli mesajdan da bəlli olur ki, etirazların keçirilməsindən əvvəl və aksiyalar zamanı onlarla milli-mədəni fəaql ailə üzvləri ilə birlikdə birbaşa ETTELAAT məmurları tərəfindən təhdid ediliblər:

"Təhlükəsizlik orqanlarından ailələrə göndərilmiş mesajlarda bildirilib ki, onlar öz övladlarını təhlükəsizlik qüvvələrinə təhvil verməlidirlər. 


Həmçinin İran təhlükəsizlik qüvvələri Təbrizdə, Urmiyada və Bostanabadda etirazların keçirilməsindən əvvəl Azərbaycan Milli Hərəkatının bir neçə tanınmış simasını həbs ediblər. Biz isə həbs olunanların adlarını beynəlxalq qurumlara təqdim etmişik.

Hazırda isə həbs edilənlərdən 11-inin adları bizə məlumdur. Bizdə olan son məlumata görə, onlardan isə bir neçəsi müvəqqəti həbs edildikdən az sonra mobil telefonları əllərindən alınıb və  azadlığa buraxılıblar. Lakin hələ də həbs olunanlardan 4-ünün taleyi barədə hər hansı bir xəbər yoxdur". 


"Ərk" Azərbaycan İnsan Haqları Cəmiyyəti İran İslam Respublikasından tələb edir ki, milli-mədəni fəallara qarşı apardığı repressiyaları dərhal dayandırsın, ətraf mühiti məhv etməkdən əl çəksin və Təbrizin dinc etirazlarında həbs edilən bütün aksiyaçıları qeydsiz-şərtsiz sərbəst buraxsın.

"Hesab edirik ki, məhbusların həyatını qorumaq və onların təhlükəsizliyini təmin etmək məsuliyyəti rejimin üzərinə düşür.

“Ərk” Cəmiyyəti Təbrizdə və Güney Azərbaycanın digər bölgələrində Azərbaycanın milli-mədəni fəallarına qarşı həyata keçirilən repressiyalar barədə bizə gəlib çatan bütün məlumatları, eləcə də həbs edilənləri adlarını BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı xanım Michelle Bacheletə və BMT-nin İranda insan hüquqları ilə bağlı özəl məruzəçisi Cavid Rəhmana göndərib.

Biz isə dünyada insan hüquqlarının müdafiəsi ilə məşğul olan bütün təşkilatlardan istəyirik ki, İran İslam Respublikasının öz əhalisinə qarşı kobud və repressiv davranışına öz etirazlarını bildirsinlər”, -deyə, Azərbaycan İnsan Haqları Cəmiyyətinin rəhbəri xanım Jalə Təbrizinin yaydığı bəyanatda bildirilir. 


A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16