Azərbaycan İnsan Hüquqları Cəmiyyəti azərbaycanlı ailələrə müraciət ünvanlayıb: Saxlanılanların kimliyi barədə məlumat verin…

17.12.2019, 11:11

GünAz TV: Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti güney azərbaycanlı ailələrə müraciət ünvanlayaraq onlardan İranda son etirazlar zamanı saxlanılan əzizləri barədə məlumat vermələrini istəyib.

 

Ərk Cəmiyyəti bu barədə öz Teleqram səhifəsində bildiriş yayıb.

 

Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri Dr. Jalə Təbrizi qeyd edib ki, İranda fəaliyyət göstərən mədəni fəallarla söhbət zamanı son etiraz aksiyaları ilə bağlı İranda 8000 nəfər saxlanılıb. Bu məlumat insan hüquqları qurumlarının hesabatı və İran mətbuatında yayılan raportlarda da öz təsdiqini tapır.

 

“Ailələr birinci addım kimi yoxa çıxan və ya saxlanılan əzizləri barədə məlumat verməlidir. Saxlanılan şəxslərin kimliyinin mətbuatda ifşa olunması, onların müəyyən qədər hüquqlarının pozulmasına mane olacaq.

Təhlükəsizlik orqanlarının bu barədə ailələrə təzyiq göstərib onlara saxlanılanların kimliyini ifşa etməklə bağlı xəbərdarlıq etməsi də bu həqiqəti təsdiq edir ki, tutulanların kimliyinin ifşa olması nə qədər onlar üçün şəraitin dəyişməsinə yardım edəcək.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin məsulları saxlanılanların kimliyi barədə məlumatların Ərk Teleqram Kanalının admininə göndərilməsini xahiş edib:

https://t.me/Tabrizi19

https://t.me/ARCHUMANRIGHTS

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz