SON XƏBƏRLƏR

AZƏRBAYCAN İRANA İLDƏ 7 MİLYARD DOLLAR QAZANDIRACAQ

2021.10.20, 07:36
AZƏRBAYCAN İRANA İLDƏ 7 MİLYARD DOLLAR QAZANDIRACAQ

Gunaz.tv
AZƏRBAYCAN İRANA İLDƏ 7 MİLYARD DOLLAR QAZANDIRACAQ Azərbaycandan üçüncü qaz kəmərinin istifadəyə verilməsindən sonra İran ildə 7 milyard dollar qənaət etmək imkanı qazanacaq. Bu barədə İranın dövlət neft və qaz şirkətinin icraçı direktoru Əlirza Qəribi bildirib. “Tehran Times” in xəbərinə görə, Qəribi deyib ki, İran Azərbaycandan aldığı qazı elektrik enerjisinin istehsalına yönəldəcək, bununla da həmin məqsədlə istifadə edilən nefti sata biləcək. Onun sözlərinə görə, neftin qiymətini orta hesabla bir barrel üçün 100 dollardan götürdükdə Azərbaycandan alınan qaz İrana imkan verəcək ki, gündə 22 milyon dollar qənaət etsin. Bu isə ildə 7.3 milyard dollar deməkdir. Qəribi bildirib ki, Azərbaycandan alınan qaz ölkənin qərb və şimal-qərb rayonlarında təbii qaz qıtlığını da aradan qaldırmağa imkan verəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar