SON XƏBƏRLƏR

Azərbaycan İranla gömrük məntəbələri bağlayıb- Koronavirusa görə

2021.10.20, 07:36
Azərbaycan İranla gömrük məntəbələri bağlayıb- Koronavirusa görə

Gunaz.tv

GünAz TV: Keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.

 

Çində aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib.

 

Astaradakı məntəqədə 1 saat ərzində havalandırma-dezinfeksiya işləri aparılıb və bu proses gündə bir dəfə həyata keçiriləcək. Biləsuvar məntəqəsinin nə vaxt açılacağı məlum deyil.

 

Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar