Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında

2008-05-06 17:19

"Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" Dünən "Parkİnn" mehmanxanasının "Dan ulduzu" zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşri olan "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" adlı kitabın təqdimat mərasimi keçiril

Gunaz.tv Quote | Gunaz article

"Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" Dünən "Parkİnn" mehmanxanasının "Dan ulduzu" zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşri olan "Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" adlı kitabın təqdimat mərasimi keçirildi. Kitabda Heydər Əliyevin İslam Konfransı Təşkilatının Kasablanka, Tehran zirvə görüşlərindəki müsahibələri, Azərbaycan prezidenti İlham Əliyevin İKT-nin Məkkədəki zirvə görüşündə və təşkilatın Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasındakı çıxışları yer alıb. Kitab Azərbaycan, ingilis və ərəb dillərində nəşr olunub. Akademik Asəf Nadirov bildirdi ki, "Heydər Əliyev Azərbaycanın hər sahədə inkişaf etməsi üçün bir çox işlər həyata keçirib. Hazırda onun davamçıları da o, qoyduğu siyasəti uğurla davam etdirir. Heydər Əliyev öz işləriylə Azərbaycana böyük töhfələr verib. Dünyanın bir çox ölkələri Azərbaycanın təbii sərvətilə birgə, bu irsin qoyduğu işlərdən də bəhrələnə biləcəklər". Ülviyyə Şamilqızı Akademik Teymur Bünyadov bildirdi ki, Azərbaycan dövlətçiliyinin üç min il tarixi var: "Bu dövrlər ərzində Azərbaycanın müstəqilliyi uğrunda Şah İsmayıl, Babək və digər dahi oğullarımız böyük işlər görüblər. Heydər Əliyevin şah əsəri isə bu günkü müstəqil Azərbaycan dövləti və onun yaratdığı Azərbaycan ideologiyasıdır. Onun 85 illik yubileyi münasibətilə nəşr olunan bu kitab ən gözəl töhfədir". Misirin Azərbaycandakı səlahiyyətli səfiri Yusif Əhməd Şarqavi vurğuladı ki, Heydər Əliyevin ərəb ölkələrilə apardığı işlər balanslaşdırılmış bir siyasət idi: "Heydər Əliyev bir tərəfdən ABŞ, Avropa, digər tərəfdən isə ərəb dövlətlərilə uğurlu münasibətlər qurub. Hazırda Azərbaycanla ərəb ölkələri arasında bir bağlılıq mövcuddur və bu da ölkəyə bir çox imkanlardan yararlanmağa kömək edir. Misir xalqı mərhum prezidentə və onun gördüyü işlərə qiymət verir, məhz bu səbəbdən Misirdə onun abidəsi ucaldılıb". Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən "Heydər Əliyev İrsini öyrənirik" kurslarının rəhbəri Əlövsət Əliyev dedi ki, təşkilat gənclər arasında adı çəkilən mövzuda inşa yazı müsabiqəsi keçirəcək: "Bu mövzuda inşa-yazı müsabiqəsi may ayının sonlarına qədər davam edəcək. Qalib gələn yazı həm diplomla təltif olunacaq, həm də yazıları mərkəz çap edəcək". Təqdimat mərasiminə Ambudsman Elmira Süleymanova, İqtisadi İnkişaf Nazirliyinin, QHT-lərin nümayəndələri, ziyalılar qatılmışdı. xalq cəbhəsi qəzeti
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19