SON XƏBƏRLƏR

“Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi terrorçulara dəstək verən etiraz aksiyaları barədə bəyanat yayıb: Bütün bunlara qarşılıq veriləcək

2021.10.20, 07:36
“Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi terrorçulara dəstək verən etiraz aksiyaları barədə bəyanat yayıb: Bütün bunlara qarşılıq veriləcək

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, oktyabrın 11-də İranın kürd bölgəsində yerləşən bir neçə şəhər, o cümlədən Banə şəhərində Türkiyənin Suriyada terrorçulara qarşı keçirdiyi hərbi əməliyyatın əleyhinə etiraz aksiyaları keçirib, türk bayrağını yandırmışdılar.

 

“Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi bu barədə bəyanat yayaraq “Türkiyəyə ölüm olsun” şüarı səsləndirən terrorçu qruplaşmaların tərəfdarlarının bu hərəkətini şiddətlə qınayıb.

 

Terrorizmin bütün forma və təzahürlərinin pislənildiyi bəyanatda vurğulanıb ki, Suriyaya dəstək bəhanəsi ilə bir neçə şəhərdə etiraz aksiyası keçirildi. Etirazçılar terror qruplaşmalarının bayraqlarını qaldıraraq öz irqçi mahiyyətlərini bir daha ifşa etdilər, hökumət rəsmiləri isə buna səssiz qaldılar. Bundan sonra terrorçulara bağlı kürd kanal və xəbər agentlikləri növbəti aksiyalara, o cümlədən Urmiya şəhərində planlaşdırılan yığıncağa çağırış etdilər.

 

"“Azərbaycan Mədəniyyət Ocağı” Dərnəyi və onun tərəfdarları kürd terrorçularına dəstək verən istənilən aksiya haqda xəbərdarlıq edir. Məsullar iğtişaşçıların qarşısını almaq üçün lazımi tədbirləri almalıdır. Ona görə ki, bu hərəkət qeyrətli Qərbi Azərbaycan əhalisi üçün dözülməz bir vəziyyətdir, onların hüquqlarının tapdalanması kimi qəbul olunur.

Bu dərnəyin terrora qurban gedən şəhidlərin ailəsindən ibarət üzvləri sözügedən icazəli və ya icazəsiz aksiyanın keçirilməsi barədə xəbərdarlıq edir. Aksiya baş tutarsa, ona lazımi şəkildə qarşılıq veriləcək. İğtişaşçılara və bölücülərə onların aksiya keçirdiyi yerdə cavab veriləcək, həmçinin Qərbi Azərbaycan Valiliyi qarşısında yığıncaq keçirmək üçün çağırış elan olunacaq.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

İranda türklərdən ibarət olan heç bir qrupa demokratik və milli hüquqlar, Dağlıq Qarabağ, ətraf mühit və digər məsələrlə bağlı etiraz aksiyası keçirməyə heç bir şəkildə icazə verilmir. Lakin kürd terror qruplaşmalarına dəstək verən radikal kürdlərin aksiyası İran təhlükəsizlik qüvvələrinin gözü qarşısında baş verir. Bu hadisə uzun illərdir İranın bütün məntəqələrində müşahidə olunur. Azərbaycan türkləri dövlətin tətbiq etdiyi ikili standarta qarşı hər zaman etiraz bildirib.

 

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış bulağı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Əməliyyat başlayan gündən Suriyada yüzlərlə terrorçu zərərsizləşdirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar