SON XƏBƏRLƏR

Azərbaycan Mədəniyyət Ocağı tanınmış fəal Abbas Lisaninin qanunsuz saxlanması haqda bəyanat yayıb

2021.10.20, 07:36
Azərbaycan Mədəniyyət Ocağı tanınmış fəal Abbas Lisaninin qanunsuz saxlanması haqda bəyanat yayıb

Gunaz.tv

GünAz TV: Azərbaycan Mədəniyyət Ocağı Milli Hərəkatın tanınmış Güney Azərbaycanlı fəalı Abbas Lisaninin yanvarın 15-də təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz saxlanması ilə bağlı bəyanat yayıb.

 

Bəyanatı olduğu kimi təqdim edirik:

“Ulu tanrının adı ilə

Millət yoludur

Haq yoludur

Tutduğumuz yol

Ey sevgili millət

Yaşa, var ol

 

Millət yolunda çalışan, haq və ədalət uğrunda mücadilə edən mübarizimiz, Azərbaycan türklüyü tarix səhifələrində qəhrəmanlar deyə öz adlarını qazdırmış və igid alp ərənlər olaraq əbədiləşmişlər.

 

Bəzən vətənin müqəddəs torpağı uğrunda, bəzən ədalətsizlik və haqsızlıqlara qarşı, bəzən isə böyük türk eli, şan və şöhrəti, milli kimliyi, maddi v ə mənəvi dəyərləri uğrunda qəhrəmancasına mübarizə edən mərd oğullar və cəsarətli qızlarımız, Azərbaycan türklüyünün yenilməzlik rəmzi və sarsılmaz müqavimət simvolu olmuşlar.

 

Azərbaycan türklüyünün mədəni və iqtisadi inkişafı, ən başda isə dili və milli kimliyi uğrunda sivil və mədəni yollarla çalışan Abbas bəy Lisani çox təəssüflər olsun ki, havadan sudan, bəni israili bəhanələrlə tutuqlanıb və dustaq həyatı yaşayır. Daha da acınacaqlı olan budur ki, onun saxlandığı yer və sağlamlığı ilə bağlı heç bir məlumat yoxdur, ona ailəsi ilə belə görüş imkanı verilmir.

 

Bunlar bir yasal və hüquqi sistem, özəlliklə islamiyyət məfkurəsini daşıyan bir sistemə yaraşmır. Abbas bəy Lisani öz milləti və xalqının yerinə yetirilməmiş qanuni haqlarını tələb etmişdir. Onun və onun kimilərinin tutuqlanması düzəlişi olmayan böyük bir səhvdir.

 

Biz Azərbaycan Mədəniyyət Ocağı olaraq millətimizə qarşı olan bu sərt üslubun dəyişməsini və başda Abbas bəy olmaqla həbsdə olan bütün azərbaycanlı milli-mədəni fəalların azadlığa buraxılmasını tələb və arzu edirik.

 

Azərbaycan Mədəniyyət Ocağı

Təbriz 31-01-2019”

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar