“Azərbaycan mədənlərinin bank hesabları mənsub olduğu əyalətə intiqal edilməlidir”- Şərqi Azərbaycan valisi

22.06.2018, 12:53

GünAz TV: Şərqi Azərbaycan valisi Məcid Xudabəxş Azərbaycan mədənlərinin talanmasına etiraz edərək Şərqi Azərbaycan mədənlərinin bank hesablarının mənsub olduqları əyalətə intiqal edilməsini tələb edib.

 

O Süngün Mis Mədənində pul dövriyyəsi ilə bağlı  Əyalət üzrə Mədən Şurasının keçirdiyi iclasda çıxış edib.

 

“Şirkət, İran Milli Mis Şirkətindən asılı olduğuna görə müstəqil deyil, bu səbəbdən də pul dövriyyəsi prosesinin sürəti aşağıdır. Lakin bu məsələ öz həllini tapmalıdır”- deyə o bildirib.

 

6-cı inkişaf proqramına dair qanunun 43-cü maddəsinin 4-cü bəndinə işarə edən vali bildirib ki, “Bu qanuna görə Süngün Mis Şirkətinin bank hesabı əyalətdə açılmalıdır. Bu şəkildə şirkətin gəlirləri əyalətin banklarına daxil olar və şirkətin maliyyə işləri və vergi məsələləri də əyalətdə yoxlanılar. Bu şirkətin 2 min milyard tümən dəyərində satışı olur. Bu məbləğ əyalətin banklarında dövriyyəyə girməlidir.”

 

M.Xudabəxş bölgədə olan mis, qızıl və digər mədənlərə işarə edərək vurğulayıb ki, “bütün mədənlərin maliyyə məsələləri və pul dövriyyəsi əyalətin nəzarətində olmalıdır. Bu prosesin əyalətin xaricində aparılması təmami ilə qəbuledilməzdir.”

 

Azərbaycan Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük qızıl mədənidir. Bu mədəni çalışdıran şirkətin bank hesabları Kirman və Tehran şəhərlərində yerləşir. Mədəndən əldə olunan gəlir isə yerli olmayan fiziki şəxs və şirkətlərə nəsib olur. Bu məsələ uzun illərdir yerli əhali və bəzi məsulların etirazına səbəb olub.

Son vaxtlar Təbrizin millət vəkili Şəhabəddin Bimiqdar, Vərziğanın imam cüməsi cənab Məhdəvi və Təbrizin imam cüməsi Al-i Haşim sözügedən mədəndən əldə olunan gəlirin yerli əhaliyə nəsib olmamasından şikayətlənib, onun bank hesabının Şərqi Azərbaycana intiqal edilməsini tələb ediblər.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Tikantəpədə tarixi abidə məhv olmaq üzrədir-FOTO

2022-07-02

gun az article

Ərdəbildə Babək qurultayı ilə bağlı aksiya keçirilib

2022-07-02

gun az article

Güneydə çəkilmiş türkçə "Dilmanc" filmi Amerikanın “Klermont” film festivalına qatılıb

2022-07-02

gun az article

Milli-mədəni fəal Abdullah Səduqi həbs cəzasına məhkum edilib

2022-07-02

gun az article

Həmədanda 60 heyvan və bitki növünün nəsli kəsilmək üzrədir

2022-07-02

gun az article

Şərqi Azərbaycanda 16 nəfər dəm qazından zəhərlənərək ölüb

2022-07-02

gun az article

“Körpü” proqramında müzakirə: “Güney Azərbaycan Milli Hərəkatı və məsələlər”-VİDEO

2022-07-02

gun az article

43 il həbsə məhkum edilən ərdəbilli məhbusun durumu ağırlaşıb

2022-07-02

gun az article

Bəzz qalasında milli mərasimlər keçirilir-VİDEO

2022-07-01

gun az article

Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib

2022-07-01

gun az article

Şərqi Azərbaycanda iqlim dəyişikliyi-Yağıntılar 43 mm azalıb

2022-07-01

gun az article

Kəleybərə xüsusi təyinatlı qüvvələr yerləşdirilib

2022-07-01

gun az article

Ərdəbildə mühüm tikinti layihələri yarımçıq qalıb: Büdcə ayrılmır

2022-07-01

gun az article

Təbriz metrosunda yeni stansiyaların tikintisi yarımçıq qalıb

2022-07-01

gun az article

Güneyli idmançılar Cənubi Koreyada iki medal qazanıb

2022-07-01

gun az article

Həmədanda vacib layihə 18 ildir yarımçıq qalıb

2022-07-01

gun az article

Xalxalda narkomaniya geniş yayılıb

2022-07-01

gun az article

Şərqi Azərbaycan və Tatarıstan arasında əlaqələr genişlənir

2022-07-01

gun az article

Ərdəbilin yüzlərlə kəndində su çatışmazlığı var

2022-07-01

gun az article

Bəzz yürüşünə hazırlaşan milli fəallara təzyiq edilir

2022-07-01