SON XƏBƏRLƏR

Azərbaycan mətbəxi yenə ermənilərin adına çıxarılır

2021.10.20, 07:36
Azərbaycan mətbəxi yenə ermənilərin adına çıxarılır

Gunaz.tv
Azərbaycan mətbəxi yenə ermənilərin adına çıxarılır ABŞ nəşrləri buna göz yumur "Azərbaycan mətbəxi tamamilə ermənilərin adına çıxarılır. Amerikada çıxan kulinariya kitablarında bunun şahidi olduq. Müxtəlif ölkələrin kulinariya sənətinin toplandığı kitabda Azərbaycan olmasa da, Ermənistan var. Ən yaxşı yemək növlərimiz isə ermənilərin adlarına yazılıb". Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov "OLAYLAR"a verdiyi açıqlamasında belə deyib. T.Əmiraslanov onu da bildirib ki, kitablardakı mətnləri tamamilə tərcümə edəndən sonra məsələyə aydınlıq gətirməyə çalışacaqlar. Bunun üçün həmin kitabların müəlliflərinə məktublar göndəriləcək. olaylar ---------------------------------------------------------------------- Prezidentliyə hələlik 14 nəfər iddialıdır YAP imzatoplama kampaniyasını da başa vurdu Oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına 14 nəfər sənəd təqdim edib. Bu barədə məlumatı "OLAYLAR"a Mərkəzi Seçkm Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev verib. Onun sözlərinə görə, MSK həmin şəxslərin 11-nə imza vərəqəsi təqdim edib. İmza vərəqəsi götürənlərdən Yeni Azərbaycan Partiyası 40 min imzanı toplayıb və imza vərəqələrini MSK-ya təqdim edib. Digər on nəfərin imza vərəqələri isə hələlik quruma təhvil verilməyib. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası prezident İlham Əliyevin namizədliyini irəli sürüb və artıq imzatoplama kampaniyasını başa vurub. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar