SON XƏBƏRLƏR

Azərbaycan Milli Hərəkatına mənsub məhbusların azadlığa buraxılması tələb olunur – GÖRÜNTÜ

2021.10.20, 07:36
Azərbaycan Milli Hərəkatına mənsub məhbusların azadlığa buraxılması tələb olunur – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Milli-mədəni fəallar simvolik bir hərəkətə əl ataraq Azərbaycan Milli Hərəkatına mənsub məhbusların azadlığa buraxılmasını tələb edir.

 

Onlar bu məqsədlə həbsdə olan azərbaycanlı fəalların adlarını posterə yazaraq Urmu gölü kənarında nümayiş etdirirlər.

 

Posterlərdə İbrahim Nuri, Siyamək Mirzayi, Lətif Həsəni, Camal Musəvi, Əmir Səttari, Kazim Səfabəxş və Əmin Zendedel kimi məhbusların adları əks olunub.

 

Fəallar Güney Azərbaycanın müxtəlif şəhərlərində divar yazmaq, poster yapışdırmaq, plakat qaldırmaq və s. kimi yollarla həbs edilən azərbaycanlı fəalların sərbəst buraxılmasını vaxtaşırı tələb edirlər. Son vaxtlar milli hərəkat fəallarının qanunsuz həbs edilməsinə qarşı etirazların artdığı müşahidə olunur.

 

Ötən günlərdə Təbriz və Urmiyə şəhərlərində azərbaycanlı siyasi məhbusların sərbəst buraxılmasını tələb edən çox sayda poster paylanılıb və divarlara yapışdırılıb.

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar