SON XƏBƏRLƏR

Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisani: “Güc birlikdədir”

2021.10.20, 07:36
Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisani: “Güc birlikdədir”

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal cənab İlqar Güneyli, Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas bəy Lisanidən sitat (nəqle qol) gətirərək Milli Birliyin əhəmiyyətinə toxunub.

 

Keçən həftə Savalan Dağı yürüşündə yüzlərlə soydaşımızın bir araya gəlib mərasim keçirdikləri zaman, Abbas bəy Lisaninin çıxışının “Milli Birlik” bölümü, cənab İlqar Güneylinin diqqətindən qaçmayıb.

 

Cənab İlqar Güneyli Abbas bəyin “Savalandan duman öz başına köçməyib, onu köçürmək üçün bir güc lazımdır” deyimini, Milli Birlik ilinin şüarı “Güc Birlikdədir” deməsini, həmçinin “Savalanın səhəndsiz, Urmu Gölüsüz gecsüz olduğunu” deyərək bütün Milli Hərəkatı birliyə dəvət etməsini təsadüfi hesab etmir və bu birliyin sağlanmasının vacib olduğunu vurğulayıb.

 

İlqar bəy sonda vurğulayıb ki, Milli Birlik məsələsinə ötəri baxıb, “hamı bir cür ola bilməz” cümlələri ilə ört-basdır etmək olmaz. Onun sözlərinə görə, Milli Birlik məsələsi çox geniş və müxtəlif boyutlara malik olduğu üçün, bu mövzu geniş şəkildə söz qonusu olmalı və müzakirə edilməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar