SON XƏBƏRLƏR

Azərbaycan Milli Hərəkatının vahid mübarizə bayrağı Qəzvində dalğalandırılıb – VİDEO

2021.10.20, 07:36
Azərbaycan Milli Hərəkatının vahid mübarizə bayrağı Qəzvində dalğalandırılıb – VİDEO

Gunaz.tv

GünAz TV: Qəzvinli milli-mədəni fəallar Azərbaycan Milli Hərəkatının vahid mübarizə bayrağını yaşadıqları şəhərdə nümayiş ediriblər.

 

Bayraq iyunun 22-də tarixi Tehran Darvazası binasının divarında görünüb.

 

Azərbaycanlı fəallardan biri bu səhnənin videosunu GünAz TV-yə göndərərək bildirib ki, “Azərbaycan Milli Hərəkatının vahid mübarizə bayrağının seçilməsini Azərbaycan türk millətinə təbrik edirik.”

 

https://www.youtube.com/watch?time_continue=19&v=dorUrHwJGIc

 

 

Bayrağın Qədim Tehran Darvazasından asılması olduqca düşündürücüdür. Bu tarixi bina Qacarlar dövrünə aiddir və şəhərin ən hərəkətli məntəqələrində birində yerləşir.

 

Xatırladaq ki, Azərbaycan Milli Hərəkatının müxtəlif qurum və təşkilatları arasında uzun sürən müzakirələrdən sonra iyunun 22-də Azərbaycan Milli hərəkatının vahid mübarizə bayrağı barədə razılıq əldə olunub, sözügedən bayraq artıq rəsmi şəkildə ictimaiyyətə təqdim olunub.

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar