SON XƏBƏRLƏR

Azərbaycan Milli Məclisi parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması üçün Prezidentə müraciət edib

2021.10.20, 07:36
Azərbaycan Milli Məclisi parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması üçün Prezidentə müraciət edib

Gunaz.tv

GünAz TV: Azərbaycan Milli Məclisinin (MM) plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub.


Layihəni Milli Məclisin sədrinin müavini Bahar Muradova deputatların diqqətinə çatdırıb.


Beləliklə, "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. Bir deputat isə səsvermədə iştirak etməyib.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar