SON XƏBƏRLƏR

Azərbaycan Milli Məclisinin 90 illik yubileyi ilə bağlı mərasimə 35 ölkədən nümayəndə heyəti qatılacaq

2021.10.20, 07:36
Azərbaycan Milli Məclisinin 90 illik yubileyi ilə bağlı mərasimə 35 ölkədən nümayəndə heyəti qatılacaq

Gunaz.tv
Azərbaycan Milli Məclisinin 90 illik yubileyi ilə bağlı mərasimə 35 ölkədən nümayəndə heyəti qatılacaq APA-nın məlumatına görə, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bildirib. Parlamentin sədri deyib ki, iyunun 19-da keçiriləcək yubiley iclasına 9 ölkənin parlament sədri, 17 ölkənin parlament sədrinin müavini, 24 beynəlxalq təşkilatın təmsilçisi qatılacaq. Spiker ümumilikdə yubiley mərasiminə 35 ölkədən nümayəndə heyətinin tədbirdə iştirak edəcəyini söyləyib. APA ------------------------------------------------------------------- Rusiyanın xüsusi xidmətlərinə casusluqda təqsirləndirilənlərə hökm oxunub İyunun 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə Bakı aeroportunun Təhlükəsizlik Xidmətinin bir qrup yüksək vəzifəli əməkdaşına hökm oxunub. Məlumatı «Turan» yayıb. Aeroportun Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Emil Süleymanov əmlakı müsadirə olunmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib. Ona azad olunduqdan sonra 3 il dövlət qulluğunda işləmək qadağan edilib. Məhkəmə həmçinin Milli Təhlükəsizlik Nazirliyinə (MTN) E.Süleymanovun polkovnik rütbəsindən məhrum edilməsi haqqında təqdimat göndərilməsi barədə xüsusi qərar çıxarıb. Aeroportun operativ xidmətinin sabiq rəhbəri Tamerlan Mayılov və mühəndis-elektronika üzrə mütəxəssis Tahir Əsədzadə isə 2,5 il müddətinə azadlıqdan məhrum edilib. «Azal»ın keçmiş mühəndis-proqrammisti Faiq Quliyev də 2,5 il müddətinə azadlıqdan məhrum edilib. MTN-in polkovnik-leytenantı Rafət Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onlar hamısı cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Azad edildikdən sonra onlara 2 il dövlət qulluğunda çalışmaq qadağan olunub. İstintaq materiallarına əsasən, təqsirləndirilənlər Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər. Rusiya xüsusi xidmət orqanlarına Azərbaycana səfər edən yüksək səviyyəli xarici nümayəndə heyətləri haqqında məlumatlar, Azərbaycan xüsusi xidmət orqanları zabitlərinin fotoşəkillərini ötürüblər. Həmçinin aeroportun bütün ərazisini, dövlət başçısının hökumət üzvləri və xarici nümayəndə heyətləri ilə görüşləri zamanı danışıqlarını dinləyiblər. Müdafiə tərəfinin ittihamla bağlı mövqeyi məlum deyil. Azadliq.radio

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar