SON XƏBƏRLƏR

Azərbaycan müsəlman qadınlarının hüquqlarının təşviqinə nümunədir

2021.10.20, 07:36
Azərbaycan müsəlman qadınlarının hüquqlarının təşviqinə nümunədir

Gunaz.tv
Azərbaycan müsəlman qadınlarının hüquqlarının təşviqinə nümunədir _conference_100608_14.jpg Azərbaycan, Bakı, 25 iyun/ Trend News , müxbir S.Ağayeva/Azərbaycan İpək yolunun bir hissəsi kimi sivilizasiyaların kəsişməsində yerləşməklə qadınların hüquqlarının təşviqinə nümunədir. ABŞ-ın Havayi ştatı Qanunvericilər Platasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü, deputat Cin Vard belə hesab edir. Müəllif özünün “ Honolulu Advertiser” qəzetində dərc olunmuş “Müsəlman qadınlar əlavə hüquqlarla bağlı açıq bəyanat verir: Təhsil və dialoq qarşılıqlı anlaşmanın tərkib hissəsidir” məqaləsində Azərbaycanı Havayi ilə müqayisə edərək qeyd edir ki, Azərbaycan müxtəlif millət və dinlərin nümayəndələrinin – müsəlmanların, yəhudilərin, xristinaların dinc yaşadıqları ölkədir. İyunun 10-11-də Heydər Əliyev Fondu tərəfindən Bakıda keçirilən “Sivilizasiyalararası dialoqda qadınların rolu” beynəlxalq konfransında iştirak edən deputat Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan sitat gətirərək Azərbaycanda qadınların hüquqlara malik olduğunu, onların Amerika qadınlarından əvvəl səsvermə hüququ qazandıqlarını yazır. Müəllifin rəyinə görə, dünyanın 50-dən çox ölkəsindən alimlər, diplomatlar, yüksək vəzifəli şəxslərin iştirak etdiyi Bakı konfransı müsəlman qadınlarının hüquqlarının təşviqində aparıcı məntəqə olub. Konfrans çərçivəsində qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün Qərb və Şərq, kişi və qadın, müsəlman və qeyri-müsəlmanlar arasında dialoqu təmin etməyə çağıran Bakı Bəyənnaməsi qəbul edilib. Vard Havayi ştatının qanunverici orqanında Amerika-Azərbaycan tərəfdaşlığını dəstəkləyənlərdən biridir. Baş konsul Elmira Süleymanovanın Havayi ştatına səfəri zamanı Vard Azərbaycana minnətdarlıq ifadə edən bəyənnamənin qəbul edilməsində təşəbbüskar kimi çıxış edib. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar