Azərbaycan müxalifəti hakimiyyətə dialoq təklif edib

2008-06-11 21:10

Azərbaycan müxalifəti hakimiyyətə dialoq təklif edib Azərbaycan, Bakı, 11 iyun/ «Trend News», müxbir E.Babayev/ Müxalif Azərbaycan Demokrat Partiyası (ADP) müxalifət və iqtidar partiyaları arasında dialoqun başlanmasını istəyir. «Biz hesab edirik ki, siy

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan müxalifəti hakimiyyətə dialoq təklif edib Azərbaycan, Bakı, 11 iyun/ «Trend News», müxbir E.Babayev/ Müxalif Azərbaycan Demokrat Partiyası (ADP) müxalifət və iqtidar partiyaları arasında dialoqun başlanmasını istəyir. «Biz hesab edirik ki, siyasi münasibətləri inkişaf etdirmək üçün seçki imkanları itib və müxalifət olaraq, inqilab etmək istəmirik. Belə bir vəziyyətdə dialoqun başlanması vacibdir», - deyə çərşənbə günü Trend News-a ADP sədri Sərdar Cəlaloğlu bildirib. Trend News-un arayışı: Azərbaycanda siyasi partiyalar arasında dialoq sonuncu dəfə 2005-ci il seçkiləri ərəfəsində olub. Bundan sonra dialoqla bağlı bir sıra təşəbbüslər olsa da, həmin təşəbbüslər gerçəkləşməyib. Cəlaloğlu hesab edir ki, müxalifət dialoqa hazırdır. «Dialoqdan imtina etmək destruktivliyin, antidemokratikliyin əlaməti ola bilər» deyən Cəlaloğlu bildirib ki, ADP radikal siyasi kursdan imtina etdikdən sonra, bir neçə dəfə hakimiyyətə dialoq təklifi göndərib. «Lakin bir irəliləyiş yoxdur. Biz dialoqda heç də müxalifəti təkbaşına təmsil etmək iddiasında deyilik. Hakimiyyət «hə» deyərsə, biz digər müxalifət partiyaları ilə birgə bu prosesə başlaya bilərik» - deyən Cəlaloğlu bildirib ki, ADP dialoqun başlanması üçün üzərinə düşən addımları atıb. Partiya siyasi xəttində köklü dəyişiklik edib və hakimiyyəti qıcıqlandıran addımlardan imtina edib. Cəlaloğlu düşünür ki, dialoqun mövzusu Dağlıq Qarabağ, siyasi münasibətlər və digər ümummilli problemlər ola bilər. Trend News-un arayışı: Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. Bu ilin fevralınadək ADP-nin sədri olmuş Rəsul Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edib, özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov isə, Trend News-a bildirib ki, hazırda müxalifətlə dialoq üçün zəmin yoxdur. «Qarşıdan prezident seçkisi gəlir. Seçki vaxtı hansı dialoqdan söhbət gedə bilər?» - deyən Novruzov əlavə edib ki, müxalifət, əsasən, Seçki Məcəlləsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dialoqun aparılmasını qaldırır. Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsi qəbul olunub. «Bundan sonra dialoqa ehtiyac yoxdur. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, buyurub təkliflərini versinlər. 2002-ci ildə Milli Məclisdə Dağlıq Qarabağla bağlı müzakirələr olmuşdu və müzakirələrə müxalifət də dəvət edilmişdi. Həmin vaxt müxalifətə öz təkliflərini vermək təklif olunmuşdu . Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan xalqının və siyasi qüvvələrin rəyi yekdildir» - deyə o bildirib. YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir. trend
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV April.22.2021-Sözümüz: Ermənilərin April Yalanı

2021-04-23

gun az article

GünazTV April.22.2021- Düşünməyə Çağırı: 24 Aprel Yalanı və İranın Ermənistan Siyasəti

2021-04-23

gun az article

GünazTV April.22.2021: MİXİ YAZILI ƏDƏBİYYATIMIZ

2021-04-23

gun az article

Beynəlxalq yarışda xəsarət alan zənganlı idmançı mübarizəni dayandırdı

2021-04-22

gun az article

Muğanda "yaşıl soyqırım": Hektarlarla meşə sahəsi yox edilir-VİDEO

2021-04-22

gun az article

Təbrizli əczaçılar etiraz aksiyası keçirib

2021-04-22

gun az article

Urmuda avtobus qəzası: 18 nəfər xəsarət alıb

2021-04-22

gun az article

Təbriz bələdiyyəsinin Azərbaycançılıqda günahlandırılan şöbə rəisinin işdən çıxarılması təsdiqləndi-FOTOLAR

2021-04-22

gun az article

Zənganda antik əşya əməliyyatı: Qaçaqmalçı ələ keçdi

2021-04-22

gun az article

"Ana dili məhbusları" Həmid Mənafi və Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-04-22

gun az article

Azərbaycan ordusuna dəstək aksiyasında iştirak edən ərdəbilli fəallar məhkəməyə çağırılıb

2021-04-22

gun az article

GünazTV April.21.2021-Görüş: İran-Qərb müzakirələrdə Çin'in rolü, İran'da seçkilər və Güney Azərbaycan Hərəkatı

2021-04-22

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-04-21

gun az article

Edamların sayına görə İran dünyada birincidir-Beynəlxalq Əfv Təşkilatının HESABATI YAYILDI

2021-04-21

gun az article

Təbriz bələdiyyəsinin Azərbaycançılıqda günahlandırılan şöbə rəisi işdən çıxarılıb?-İDDİA

2021-04-21

gun az article

İran hökuməti türk əyalətində kürd dilində hekayə festivalı keçirir

2021-04-21

gun az article

Milli fəal Kiyanuş Aslani məzuniyyətə buraxılıb

2021-04-21

gun az article

Güneyli yazıçının məhkəməsi olacaq-Mehdi Səlimiyə qarşı absurd ittihamlar irəli sürülüb

2021-04-21

gun az article

Marağada Yaxın Şərqin “fosil cənnəti" məhv edilir-FOTOLAR

2021-04-21

gun az article

"Sepah" Güney Azərbaycanda kampaniyaya başladı: Dini liderin yaxın çevrəsi seçici fəallığını artırmaq istəyir

2021-04-21