SON XƏBƏRLƏR

Azərbaycan naminə, Azərbaycan adına: Güney Azərbaycan şəhərlərində kütləvi etirazlara çağırış

2021.10.20, 07:36
Azərbaycan naminə, Azərbaycan adına: Güney Azərbaycan şəhərlərində kütləvi etirazlara çağırış

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan türklərinə kütləvi etirazlara başlamaq üçün çağırış edildi. Etirazlar yalnız Azərbaycan uğrunda və Azərbaycan üçün olacaq.

 

“Uzun illərdir müstəmləkəçilərin tələbi və Pəhləvi rejiminin onlara nökərçiliyi nəticəsində Məmaliki Məhrusədə (bu gün İran adlanan coğrafiyanın keçmiş adı) bir bidətin əsası qoyuldu. Məqsəd İranda türklərin minlər illik tarixini məhv etmək idi. Bunun üçün çox işlər görüldü, Əfşariyyə Fondu yaradıldı və s. Lakin bir zərrədə olsa türklüyün əzəmətini aradan apara bilmədilər. Şeyxul-islamın türk uşaqlarının fars bölgəsində yetişdirilməsi haqda nəzəriyyəsi də bir gülünc nəzəriyyə kimi həmən məğlubiyyətə uğradı.

 

1979-cu il inqilabı, islam, bərabərlik və ədalət adı ilə meydana çıxdı və biz haqqımıza çatacağımızı zənn etdik, lakin yenə də paniranistlər və panfarsistlərin zülmünə məruz qaldıq. Həmin inqilabdan sonra çox zülmlər gördük, indi isə İran yenidən çalxalanır və yeni inqilab yetişir. Lakin zülm rejimini yıxmaq üçün sankı nəsə çatışmır.

 

Yenə də yalançı fars şovinistləri Məmaliki Məhrusənin türk əhalisinə yalvarmağa başlayıb. Lakin bu dəfə zülmə məruz qalmış, namərdlik görmüş əhali hər sözlə yerindən oynamır. Bu dəfə bu millət nə iş görürsə, öz xeyirinə görəcək. Yalnız öz torpağı üçün və məruz qaldığı zülm nəticəsində toz basmış tarixi üçün hərəkət edəcək.

 

Bu dəfə azərbaycanlılar Azərbaycan adına, Azərbaycan üçün, hüquqlarının bərpası, öz müqəddəratını təyin etmək və yarımcan buraxılmış gözəl gölünü canlandırmaq üçün ayağa qalxıb zülm evini dağıdacaq.

 

Ey türk həmvətən, əgər hərəkət ediriksə, bu hərəkətin mehvəri Azərbaycan olacaq. Əgər inqilab olacaqsa bu inqilab tariximizi, coğrafiyamızı, dilimizi və gölümüzü məhv etmək istəyənlərin əleyhinə olacaq.”- deyə çağırışın bir hissəsində qeyd olunub.

 

Görüşün vaxtı 2018-ci il yanvarın 2-i, yerli vaxtla saat 17:00-da  – Bütün Azərbaycan şəhərlərində

 

Şüarlar:

-       “Nə Suriyə, Nə Lübnan – Canımdır Azərbaycan”

-       “İslahtələb, Üsulgəra – İşin deyəsən yaşdı bala”

-       “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”

-       “Urmu gölü can verir – Dövlət onun qətlinə fərman verir”

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar