SON XƏBƏRLƏR

Azərbaycan neftinin qiyməti rekord vurub

2021.10.20, 07:36
Azərbaycan neftinin qiyməti rekord vurub

Gunaz.tv
Azərbaycan neftinin qiyməti rekord vurub Sonuncu hərraclarda Azərbaycan nefti 138 dollar 25 sentə satılıb Azərbaycan neftinin qiyməti yenidən rekord vurub. Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əlaqələr idarəsindən ANS-ə verilən məlumata görə, sonuncu hərraclarda Azərbaycan nefti 138 dollar 25 sentə satılıb. Bu isə neftin büdcədə nəzərdə tutulan qiymətindən təxminən 2 dəfə çoxdur. Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən enerji sammitində Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 200 min barel artıraraq 9,7 milyon barelə çatdırılacağını bildirib. Amma bu bəyənat da bahalaşmanı dayandıra bilməyib. ------------------------------------------------------------------------ 1 milyard kompüter işləyir Hazırda dünyada 1 milyard kompüterdən istifadə olunur ki, 2014-cü ildə onların sayının iki dəfə artacağı gözlənilir. "Gartner" şirkətinin apardığı araşdırmanın nəticələrinə görə, bütün kompüterlərin yarıdan çoxu inkişaf etmiş ölkələrdədir. Lakin vaxt keçdikcə inkişaf etməkdə olan kompüterlərin payı 70%-ə çatacaq. Mütəxəssislərin dediklərinə görə, inkişaf etməkdə olan ölkələrdə kompüterlərin sayının artmasının başlıca səbəbləri onların qiymətinin aşağı düşməsi, habelə naqilsiz rabitə və genişzolaqlı İnternet şəbəkəsinin genişlənməsidir. Bu il istifadəçilərin 180 milyon kompüterlə vidalaşacağı gözlənilir. Onların bir hissəsi yenidən satışa çıxarılacaq, yerdə qalanı isə tullanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar