Azərbaycan Ordusuna dəstək üçün Güney Azərbaycan şəhərlərində həbs edilən milli-mədəni fəalların adları açıqlanıb

2020-10-02 13:13

Azərbaycan Ordusunun təcavüzkar Ermənistanın ölkə ərazisinə üson hücumuna cavab olaraq keçirdiyi hərbi əməliyyatlara dəstək nümayiş etdirmək üçün dünən və son günlər Güney Azərbaycanın Urmu (Urmiya) və Ərdəbil şəhərlərində həbs edilən milli-mədəni fəalların siyahısı yayılıb.

Gunaz.tv Quote | Gunaz article


Yayılan məlumata əsasən, oktyabrın 1-də Urmiyada keçirilən dinc dəstək aksiyasına qatılan fəallar Huşəng Tağızadə, Əmir Gövhəri, Əşkan Səadət Mehr və Rza Xəlili Urmiyanın təhlükəsizlik polisinə çağırılaraq saxlanılıb. Bildirilir ki, hər dörd fəal bir neçə saat təhdid edilib dindirildikdən sonra həmin gün axşam saat 20:00-da sərbəst buraxılıblar. Urmiyada həmçinin aksiyaya qatılan fəallar Cavad Rzayi, Salar Tahir Əfşar, Səhənd Behnəmun və adı bəlli olmayan bir etirazçı xanımın da həbs edilərək naməlum istiqamətə aparıldığı bildirilir. 


Şahidlərin dediyinə görə, Urmiyanın İmam küçəsində aksiyaya qatıldıqlarına görə həbs edilən onlarla fəalın kimliyi hələlik məlum deyil. Urmiyada ümumilikdə oktyabrın 1-də 100-dən çox fəalın polis idarəsinə çağırılıb dindirildiyi və ya saxlandığı barədə məlumatlar yayılıb.


Qarabağın və ətraf rayonlarının erməni işğalından azad olunması üçün keçirilən hərbi əməliyyatlara dəstək üçün Ərdəbildə keçirilən aksiyada isə milli-mədəni fəallar Əhməd Məhəmmədpur, Yaşar Muradi, Əli Məali, Yunis Muradi, Əli Xeyrcu və Meysəm Colani həbs edilib.

 

Bildirilir ki, son günlər Azərbaycan Ordusunun təcavüzkar Ermənistana qarşı dəstək verən 12 ərdəbilli fəal, Əsgər Əkbərzadə, Murtuza Pərvin, Muctaba Pərvin, Mustafa Pərvin, Məhəmməd Colani, Mehdi Huşmənd, Pərviz Siyabi, Səccad Colani, Hüseyn Balaxani, Bəhmən Xeyrcu, Hamid Heydəri Baris və Sübhan Bəxşi həbs edilmişdilər.


Hazırda Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Urmiya və Ərdəbil şəhərlərində polis nəzarətinin gücləndirildiyi bildirilir.


A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Nov.23.2020 : “Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”

2020-11-23

gun az article

Qərbi Azərbaycan əyalətində çoxlu sayda silah və döyüş ləvazimatı ələ keçirilib

2020-11-23

gun az article

“Radio Fərda” Güneyli milli-mədəni fəal Səhənd Məali haqqında veriliş hazırlayıb

2020-11-23

gun az article

İranın cavan Rabitə və İnformasiya Texnologiyaları nazirinin Azərbaycan adı ilə düşmənliyi davam edir- FOTO

2020-11-23

gun az article

İranın təhlükəsizlik qüvvələri dini azlıqların evlərinə basqın edib

2020-11-23

gun az article

Kürd qaçaqmalçılar əfqan mühacirləri işgəncələrə məruz qoyublar- VİDEO

2020-11-23

gun az article

Urmiya gölündə suyun azalması davam edir

2020-11-23

gun az article

42 ay mübarizədən sonra güneyli “Onur” öz adını sənədləşdirə bilib

2020-11-23

gun az article

Türklərin tarixi əsəri İsfahanın metal tullantıları arasında tapılıb

2020-11-23

gun az article

Güney Azərbaycanın 3 milli-mədəni fəalının məhkəmə iclası keçirilib

2020-11-23

gun az article

Təbrizin “Traxtur” futbol Klubunun yeni icraçı direktoru seçilib

2020-11-23

gun az article

Mühəndis Əlirza Fərşinin Böyük Tehran Həbsxanasından azadlıq mesajı

2020-11-22

gun az article

"Həmədan Əyalətinin Mətbuat Tarixi" kitabı nəşr olunub

2020-11-22

gun az article

Abbas Lisani zindanda oturaq aksiya keçirib, məsullar cavab verməyə məcbur olublar: Görüş qadağası ləğv edilib, amma telefon əlaqəsi yox

2020-11-22

gun az article

GünazTV Nov.21.2020 : “Azərbaycan ordusu işğaldan azad edilən Ağdamdan Ali Baş komandana əsgər salamı verdi”

2020-11-21

gun az article

GünazTV Nov.20.2020 : 10Noyabr Bildirisindən sonra,Qarabağın Gələcəyi və Türkiyə_Rusya münasibətləri

2020-11-21

gun az article

GünazTV Nov.20.2020-Azadlıq səsi: Prezident Əliyev Xudafərinə səfəri və İranın narahatçılığı

2020-11-21

gun az article

Şərqi Azərbaycanın mədən gəlirlərinin 80% -i əyalətə qaytarılmır

2020-11-21

gun az article

"Əhər-Təbriz" yolunda ağır yol qəzası baş verib

2020-11-21

gun az article

Qərbi Azərbaycanda havanın tempraturu aşağı düşəcək, qar yağacaq

2020-11-21