SON XƏBƏRLƏR

Azərbaycan Ordusunun mövqeləri atəşə məruz qalıb

2021.10.20, 07:36
Azərbaycan Ordusunun mövqeləri atəşə məruz qalıb

Gunaz.tv
Azərbaycan Ordusunun mövqeləri atəşə məruz qalıb 20080704105037_1.jpg Ermənistan silahlı qüvvələri iyulun 3-də saat 16:50-dən başlayaraq gecə saatlarına kimi fasilələrlə atəşkəs rejimini pozub. Onlar Ermənistanın İcevan rayonunun Berkaber kəndi ərazisindəki mövqelərindən, Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini, həmçinin Xocavəndin Kuropatkino kəndində yerləşən mövqelərindən ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur. ANS PRESS  -------------------------------------------------------------------------- Bağdadda avtomobil partladılıb 20080704104741_1.jpg İraqın paytaxtı Bağdadda avtomobil partladılıb. Accociated Press agentliyinin məlumatına görə, partlayış nəticəsində dörd dinc sakin həlak olub, azı on nəfər xəsarət alıb. Agentlik yerli polisə istinadən xəbər verir ki, partlayış, Bağdadın qərbindəki Yarmouk xəstəxanasının yaxınlığında baş verib. Hadisənin təfərrüatları barədə hələlik heç bir məlumat verilmir

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar