SON XƏBƏRLƏR

Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub

2021.10.20, 07:36
Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub

Gunaz.tv
Azərbaycan Ordusunun mövqeləri bir neçə istiqamətdə atəşə tutulub 20080806111314_1.jpg Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 5-də və 6-da növbəti dəfə atəşkəs rejimini pozublar. Erməni ordusu dünən saat 11.45-dən 12.30-dək Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 21.30-dan 22.00-dək Füzulinin adsız yüksəkliklərdə və Qərvənd kəndi, saat 22.45-dən 22.55-dək Goranboyun Gülüstan və Tapqaraqoyunlu kəndləri, saat 22.35-dən 22.42-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 22.40-dan 22.50-dək Ağdam rayonunun Yusifcanlı kəndi, avqustun 6-da isə saat 01.30-dan 02.10-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur. ANS PRESS 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar