Azərbaycan Öyrənci Hərəkatı İranda son tətil aksiyaları ilə bağlı bəyanat yayıb

2021-07-06 13:28

Azərbaycan Öyrənci Hərəkatı İranda işçilərin keçirdiyi son tətil aksiyaları ilə bağlı bəyanat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Bəyanatda deyilir:

"Son illərdə İranda iqtisadi durumunun daha da çətinləşməsi, habelə ölkə vətəndaşlarının 60-73% -nin yoxsulluq həddindən aşağı səbiyyəd yaşamasına səbəb olub.

Hal-hazırda İranda 25 milyondan çox insan içməli su, yaşayış yeri, normal qidalanma və ilkin vətəndaşlıq hüquqlarından məhrum duruma düşüb.
 
Sosial Təminat Təşkilatının hesabatlarına görə, dörd nəfərlik bir ailə üçün 2021-ci ildə orta yoxsulluq həddi ayda 8 milyon tüməndən çox hesablanıb. Yaşayış səviyyəsinin ortalama miqdarı olaraq adlandırılan bu rəqəm, böyük şəhərlərdə ayda 10 milyon tüməndən çox götürülür.

Bu isə ölkədə işçinin ortalama aylıq gəlirindən iki dəfə artıqdır.

Belə bir şəraitdə idarəetmə bacarığı olmayan və yalnız öz mənafelərini düşünən yarıtmaz məsulların vəzifələrə təyin olunmalarının şahidi oluruq".

Sənəddə qeyd olunur ki, ağır iş şəraiti, inflyasiya, iş saatının çox olması, əmək haqlarının vaxtında ödənilməməsi, işçilərlə daimi əmək müqaviləsinin bağlanmaması, siğorta təminatının olmaması və başqa bu kimi amillər ölkənin irili-xırdalı sənaye müəssisələrində, neft-kimiya, poladəritmə, nəqliyyat, təhsil, istehsal, mədən sahələrində kütləvi tətil aksiyalarının keçirilməsinə səbəb olub. 


"İranın müxtəlif bölgələri ilə eyni vaxtda Güney Azərbaycan şəhərlərində də tətil və etiraz aksiyalarının keçirilməsinin şahidi olduq.

Ərdəbil və Təbrizin neft-kimya sənayesində, Təbrizin “İranxodro” zavodunda, Urmunun “Azərkam” müəssisəsində, Əhər mədənlərində, Şərqi Azərbaycanın dulusçuluq müəssisələrində, Təbriz, Urmu şəhərlərinin nəqliyyat sahələrində çox sayda işçi tətil aksiyasına qoşuldu.

Azərbaycan Öyrənci Hərəkatı başlanan tətil aksiyalarını dəstəkləyir və aksiyaçılarla həmrəy olduğunu bildirir.

Hərəkat yaxın gələcəkdə azərbaycanlıların hüquqları uğrunda fəaliyyətlərinin nəticə verəcəyinə və ictimai ədalətin qurulacağına umud edir"-bəyanatda qeyd olunur.

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:  


İranda neftçilərin tətili genişlənir: 60-dan çox şirkətin işçiləri hərəkata qoşulub

İranda neftçilərin tətil hərəkatı genişlənir - Hökumət fəhlələri təhdid etdi- FOTOLAR

Təbrizin “İran Xodro” avtomobil zavodunun işçiləri tətil aksiyasına başlayıblar

İran neftçilərinin tətil hərəkatına möhtəşəm dəstək -Dünyanın onlarla fəhlə təşkilatı bəyanat yaydı- FOTOLAR

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16