SON XƏBƏRLƏR

AZƏRBAYCAN PREZİDENTİ QARSDA BİR SIRA OBYEKTLƏRƏ BAŞ ÇƏKİB

2021.10.20, 07:36
AZƏRBAYCAN PREZİDENTİ QARSDA BİR SIRA OBYEKTLƏRƏ BAŞ ÇƏKİB

Gunaz.tv
AZƏRBAYCAN PREZİDENTİ QARSDA BİR SIRA OBYEKTLƏRƏ BAŞ ÇƏKİB Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisindən keçən hissəsinin təməlqoyma mərasimində iştirak etmək üçün iyulun 24-də Qars şəhərinə yola düşən Azərbaycan prezidenti İlham Əliyev burda Azərbaycan baş konsulluğunun yeni tikilən binasına, Qars Qafqaz Universitetindəki Heydər Əliyev Tədris Mərkəzinə və Heydər Əliyevin adını daşıyan parka da baş çəkib. Baş konsulluq binasının tikintisinə 2007-ci ilin əvvəlində başlanıb, hazırda son tamamlama işlər gedir. İkimərtəbəli binada iş otaqlarından əlavə akt və konfrans salonları da olacaq. Konsulluq 1921-ci ildə tarixi Qars müqaviləsinin imzalandığı binanın qonşuluğunda yerləşəcək. Heydər Əliyev Fondunun dəstəyilə 2007-ci ilin noyabrında Qars Qafqaz Universitetində açılmış mərkəz vaxtilə Azərbaycan dili və ədəbiyyatı fakültəsinin tələbələri üçün tədris bazası rolunu oynayır. Heydər Əliyev Fondu mərkəzi əyani vəsaitlərlə təmin edib. Burda Azərbaycanın tarixinə, ədəbiyyatına dair nəşrlərdən ibarət kitabxana, oxu və kompüter salonları fəaliyyət göstərir. Qars şəhərində Heydər Əliyevin adını daşıyan parkda Azərbaycanın mərhum prezidentinin büstü var. AzərTAc xəbər verir ki, bu, Heydər Əliyevin sağlığında xarici ölkədə qoyulmuş ilk büstüdür. media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar