Azərbaycan Prezidenti: “Türkiyə onsuz da Minsk Qrupunun üzvüdür, nə üçün həmsədr olmasın?”

2020-10-12 16:42

“Bu, bizim mövqeyimizdir və mən bunu bir neçə dəfə açıqlamışam. Bir də demək istəyirəm ki, mütləq Türkiyə bu məsələnin siyasi yollarla çözülməsində fəal rol oynamalıdır”.

Gunaz.tv Quote | Gunaz article


APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.


Dövlət başçısı deyib ki, Türkiyənin bəzi mətbuat orqanlarında yazılır ki, nə üçün Türkiyə Moskvada olmayıb: “Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu, heç Türkiyənin qarşısında da belə bir vəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil, bu, sadəcə, humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi. Danışıqlar bu günə qədər Minsk Qrupu çərçivəsində aparılır, ancaq bu danışıqların səmərəsi, nəticəsi yoxdur. 30 ilə yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə qaytarılmadı. Ona görə də mən tam haqlı olaraq dedim ki, bir halda ki, Minsk Qrupu 1992-ci ildə formalaşdı, o zaman bu, hansı əsaslarda formalaşdı, bu haqda bizdə bir məlumat yoxdur. Əgər Minsk Qrupunun  tərkibinə baxsanız, görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən, bu bölgə ilə heç bir əlaqəsi olmayan, münaqişə ilə heç zaman maraqlanmayan ölkələr də var. Onların Minsk Qrupunda mövcudluğu formal xarakter daşıyır. Əgər biz bu münaqişənin həllini istəyiriksə, biz istəyirik, orada elə ölkələr olmalıdır ki, onların gücü də, təsiri də olsun və bu tərkib birtərəfli olmasın. Minsk Qrupu həmsədrlərinin ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər 3 ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Bu, nə qədər ədalətlidir? Türkiyə onsuz da Minsk Qrupunun üzvüdür, nə üçün Türkiyə də həmsədr olmasın?! Ona görə də bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var”.


Dövlət başçısı nəzərə çatdırıb ki, geosiyasi reallıqlar dəyişib: “1902-ci illə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmirlər, onları qıcıqlandırır. Onlar öyrəşiblər, keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çox böyük dəyər təşkil edib. Ancaq bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilib. Bizim bölgəmizdə hansı məsələ Türkiyəsiz həllini tapdı? Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir. Bu, reallıqdır və onunla hesablaşmaq lazımdır. Ona görə də müzakirələrin nə zaman başlaya biləcəyini mən indi deyə bilmərəm. Çünki bir halda ki, Ermənistan bu atəşkəsi pozur, inanmıram ki, danışıqlarda da səmimi olsun. Ancaq istənilən halda, “de-yure”, ya da “de-fakto” Türkiyə mütləq bu problemin çözülməsində olmalıdır və zatən var. Çünki bu gün sirr deyil ki, biz Türkiyə ilə müntəzəm məsləhətləşmələr aparırıq. Bu proses içərisində 27 sentyabrdan bu gün qədər daima biz əlaqədəyik. Türkiyənin yüksək səviyyəli rəsmiləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıx təmasdadırlar. Ona görə bu, artıq reallıqdır. Sadəcə, biz “de-fakto” reallığı “de-yure” reallığa çevirməliyik”.    (apa.az)


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zelenski ordu rəhbərliyini dəyişdi

2021-07-29

gun az article

Leyla Abdullayeva Oxçuçay fəlakətindən yazdı

2021-07-29

gun az article

Erməni terrorçu qrupun üzvlərinin məhkəməsi davam etdiriləcək

2021-07-29

gun az article

Ermənistan atəşkəsi pozaraq Kəlbəcər istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub

2021-07-29

gun az article

Azərbaycanlı bacılar Olimpiadada ilk medalını qazandı -FOTO

2021-07-28

gun az article

Mikayıl Cabbarov İsrailin xarici işlər naziri ilə görüşüb – FOTO

2021-07-28

gun az article

Rusiyalı ekspert: "Belə addımlar Ermənistan üçün mənfi nəticələrə gətirib çıxara bilər"

2021-07-28

gun az article

Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib

2021-07-28

gun az article

Parlamentin komitə sədri: “Bakı Bəyannaməsi regionun inkişafına töhfə verəcək”

2021-07-28

gun az article

Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlanıb

2021-07-28

gun az article

Zakir Həsənov ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb

2021-07-28

gun az article

Ermənistanda ehtiyatda olan hərbçilərin toplanışı keçiriləcək

2021-07-28

gun az article

Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

2021-07-28

gun az article

"Taliban" Pekində Çin rəsmiləri ilə görüşüb

2021-07-28

gun az article

Kəlbəcər və Laçında yol tikintisinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM

2021-07-28

gun az article

İraqda türk hərbçisi şəhid olub

2021-07-28

gun az article

Zakir Həsənov: "Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür"

2021-07-28

gun az article

Polad Bülbüloğlu: "Bakı İrəvanı sülh sazişinə dəvət edir"

2021-07-28

gun az article

Tehran İbrahim Rəisinin andiçmə mərasiminə hazırlaşır: Hava limanları fəaliyyətini dayandıracaq

2021-07-28

gun az article

SEPAH-dan müdhiş kiber hücum planı- Nüfuzlu telekanaldan xəbərdarlıq

2021-07-28