SON XƏBƏRLƏR

Azərbaycan qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına nail olacaq – prezident

2021.10.20, 07:36
Azərbaycan qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına nail olacaq – prezident

Gunaz.tv
Azərbaycan qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına nail olacaq – prezident _ilham_aliyev_150207-big.jpg Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir S.Ağayeva/ Azərbaycan erməni təcavüzü nəticəsində zərər çəkən 1 mln.-dan çox qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpasına nail olacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin çərşənbə günü paytaxtda işə başlayan Bakı Ombudsmanlar Konfransı iştirakçılarına ünvanlanan müraciətində bildirilir. Müraciətdə qeyd olunur ki, insan haqlarına xüsusi diqqətin ayrıldığı müasir dünyada Azərbaycan Ermənistan tərəfindən siyasi soyqırım və etnik təmizləməyə məruz qalıb, nəticədə milyonlarla vətəndaşın hüquqları pozulub. «Azərbaycan minilliyin çağırışları ilə bağlı öz vətəndaşlarının hüquqlarını təmin etmək üçün qüvvəsini mobilləşdirmək niyyətindədir», - deyə prezident qeyd edib. İlham Əliyev müraciətdə qeyd edib ki, insan haqlarının müdafiəsi və vətəndaşların cəmiyyətdə rolunun artırılması dövlətin əsas məqsədlərindən biridir və dövlət bəşəriyyət çağırışlarına cavab verilməsi, həmçinin cəmiyyət və dövlət arasında daha sıx əlaqələrin inkişafı üzrə yeni strategiyanın yaradılması üçün bütün səylərini birləşdirir. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar