SON XƏBƏRLƏR

AZƏRBAYCAN QILINCOYNADANLARI TIFLISDƏ KEÇIRILƏN TURNIRDƏ 2 QIZIL, 1 GÜMÜŞ VƏ 4 BÜRÜNC MEDAL QAZANIBLAR

2021.10.20, 07:36
AZƏRBAYCAN QILINCOYNADANLARI TIFLISDƏ KEÇIRILƏN TURNIRDƏ 2 QIZIL, 1 GÜMÜŞ VƏ 4 BÜRÜNC MEDAL QAZANIBLAR

Gunaz.tv
AZƏRBAYCAN QILINCOYNADANLARI TIFLISDƏ KEÇIRILƏN TURNIRDƏ 2 QIZIL, 1 GÜMÜŞ VƏ 4 BÜRÜNC MEDAL QAZANIBLAR 200806096.jpg Azərbaycan qılıncoynadanları Gürcüstanın paytaxtı Tiflisdə keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər. Bu haqda “APA-Sport” agentliyinə Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov məlumat verib. Onun sözlərinə görə, yarışa qatılan 17 təmsilçimizdən 7-si fəxri kürsüyə yüksəlməyi bacarıb. Səbinə Əmrahzadə sablya, Elmira Xudaverdiyeva şpaqaçıların yarışında qızıl medal qazanıb. Finalda S.Əmrahzadəyə uduzan Sevil Bünyatova ikinci yeri tutub. Sablya üzrə milli komandamızın digər üzvü Sevinc Bünyatova fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Şpaqaçılardan Ramin Əmirov, Elçin Əliyev və Tehran Rəsulov da turnirin bürünc medalını qazanıblar. ---------------------------------------------------------------------------- “NEFTÇI” UKRAYNALI MÜDAFIƏÇI VLADIMIR OLIFERI TRANSFER EDIR 200806062.jpg Azərbaycanı İntertoto kubokunda təmsil edəcək “Neftçi” klubu ukraynalı müdafiəçi Vladimir Oliferi transfer edir. “APA-Sport” agentliyinin məlumatına görə, Kiyevin “Dinamo” klubu 21 yaşlı yarımmüdafiəçi Denis Oleyniki buraxmadığı üçün baş məşqçi Anatoli Demyanenko hələlik bir həmyerlisi ilə kifayətlənmək məcburiyyətindədir. Son mövsümü “Naftovik-Ukrnafta” klubunda keçirən 28 yaşlı müdafiəçi 7 oyuna 1 qol vurub. Vətənində bundan əvvəl keçirdiyi üç mövsümdə “Vorskla”, “Krivbass” və “İliçevets” klublarında da çıxış edən V.Olifer 39 görüşdə 1 dəfə fərqlənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar