SON XƏBƏRLƏR

Azərbaycan rəqsinin ifasına mane oldular – Tehranda

2021.10.20, 07:36
Azərbaycan rəqsinin ifasına mane oldular – Tehranda

Gunaz.tv

GünAz TV: Tehranın Laləzar xiyabanında azərbaycanlılar tərəfindən təşkil olunan xüdmani rəqs səhnəsinə müdaxilə edilib.

 

Sosial şəbəkələrdə yayılan Videoda göründüyü kimi, azərbaycanlı gənclərin rəqsini tamaşa etmək üçün bir çox insan toplaşıb. Lakin rəqs ifa olunduğu zaman ətrafdakı insanlardan biri səhnəyə müdaxilə edib və gənclər rəqsi dayandırmalı olub.

 

Laləzarda toplaşanların əksəriyyəti Azərbaycan türkləri olub. Onlar naməlum şəxsin rəqsə kobud müdaxiləsinə etiraz ediblər.

 

Baş verən hadisə ilə bağlı bir çox sosial şəbəkə istifadəçisi bildirib ki, “Tehranın Laləzar xiyabanında Azərbaycan rəqsinin bir bəsici (yarım-silahlı könüllü dəstə üzvü) tərəfindən dayandırılması etiraza səbəb oldu.”

 

Video:

https://www.youtube.com/watch?time_continue=17&v=y7MzWVkqUqs

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar