SON XƏBƏRLƏR

Azərbaycan Səhiyyə Nazirliyindən zəlzələ açıqlaması: 1 nəfərin dili tutulub, 1 nəfərin beyninə qan sızıb

2021.10.20, 07:36
Azərbaycan Səhiyyə Nazirliyindən zəlzələ açıqlaması: 1 nəfərin dili tutulub, 1 nəfərin beyninə qan sızıb

Gunaz.tv

GünAz TV: Şamaxıda baş verən zəlzələ nəticəsində təcili yardıma 30 müraciət daxil olub.

 

Səhiyyə Nazirliyindən mətbuata verilən məlumata görə, gecə saatlarında 6 təcili tibbi yardım briqadası işləyib.

 

"Şamaxı rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş rejimdə çalışıb. Müraciət edənlərdən 3 nəfər Travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Xəsarət alanlara şöbədə lazımı yardım göstərilib. Digər çağırışlar həyəcandan təzyiqi qalxanlarla əlaqəli olub. Onlara xəstəxananın Terapiya şöbəsində tibbi yardım göstərilib. Bir nəfər cavan adamın həyacandan dili tutulub. O da yardım göstərildikdən sonra normal vəziyyətə gətirilib və evinə buraxılıb. Daha bir nəfərin isə həyacandan beyninə qan sızıb. Onun 58 yaşı var, reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır qiymətləndirilir”, - deyə nazirlikdən bildirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar