SON XƏBƏRLƏR

Azərbaycan Silahlı Qüvvələri üç istiqamətdə atəşə tutulub

2021.10.20, 07:36
Azərbaycan Silahlı Qüvvələri üç istiqamətdə atəşə tutulub

Gunaz.tv
Azərbaycan Silahlı Qüvvələri üç istiqamətdə atəşə tutulub Ermənistan silahlı qüvvələri iyunun 16-da, saat 17:35-dən, gecə saatlarına qədər, fasilələrlə Ermənistanın Berd rayonunun Çinari kəndi ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxa Nəbi kəndindəki mövqelərini, həmçinin Füzulinin Aşağı Əbdürrəhmanlı, Xocavəndin Kuropatkino kəndindəki mövqelərindən ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub. İtki yoxdur. Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb -------------------------------------------------------- Pakistanda məscid partladılıb 20080617100617_1.jpg Pakistanın şimal-qərbindəki Deraismayılxan şəhərində şiə məscidi partladılıb. “Reuters” agentliyinin məlumatına görə, hadisə nəticəsində üç nəfər həlak olub. Yerli polis məlumat yayıb ki, partlayış, insanlar axşam namazına toplaşan zaman törədilib: «Biz partlayışın səbəbini bilmirik. Lakin ilkin məlumatlara görə, üç nəfər ölüb». ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar