SON XƏBƏRLƏR

“Azərbaycan sivilizasiya və mədəniyyəti” dərgisinin məsulları universitetin təhlükəsizlik bölümünə çağırılıb – Təbrizdə

2021.10.20, 07:36
“Azərbaycan sivilizasiya və mədəniyyəti” dərgisinin məsulları universitetin təhlükəsizlik bölümünə çağırılıb – Təbrizdə

Gunaz.tv

GünAz TV: Təbriz “Pəyam Nur” Universitetinin “Azərbaycan sivilizasiya və mədəniyyəti” dərgisinin məsulları ali təhsil müəssisəsinin təhlükəsizlik bölümünə (Hərasət) çağırılıb.

 

Məlumata görə, universitetin təhlükəsizlik bölümünün rəisi, dərginin yazıçılar heyətini Beynəlxalq Ana Dili Günü ilə bağlı özəl sayı nəşr etdirdiyi üçün fevralın 25-də kabinetinə çağırıb.

 

Özəl sayı fevralın 21-də öyrəncilər arasında yayılıb, lakin dərginin nəşrindən narahat olan universitet rəhbərliyi onun yayılmasına maneçilik yaradıb.

 

Özəl sayı yayıldığı günü universitetin rəisi Dr. Fəzli məsələyə kobud şəkildə müdaxilə edib. O dərginin yayıldığı yerə müraciət edərək onun öyrəncilərdən yenidən toplanmasını və bundan artıq yayılmamasını istəyib, lakin onun bu tələbi öyrəncilərin etirazı ilə qarşılanıb.

 

Universitetin bəzi məsulları müsbət vəd versələr də universitet rəisi Dr. Fəzli, onun müavini Dr. Qənizadə və universitetin təhlükəsizlik bölümünün rəisi dərginin ali təhsil müəssisəsində öyrəncilər arasında yayılmasına icazə verməyiblər.

 

“Azərbaycan sivilizasiya və mədəniyyəti” dərgisinin məsulları fəaliyyətlərinin qanunauyğun olduğunu bildirərək fevralın 24-də özəl sayının 1000 nüsxəsini öyrəncilər arasında yayıblar. Lakin  universitetin təhlükəsizlik bölümü məsələyə növbəti dəfə müdaxilə edərək dərginin öyrəncilər arasında yayılmasına qadağa qoyub, qalan sayıları da zəbt edibdir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar