"Azərbaycan Tələbə Hərəkatı" Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək bəyanatı yayıb

2020-10-06 17:13

Güney azərbaycanlı fəallar və tələbələr həmişə Güney Azərbaycan Milli Hərəkatında güclü və əsas qüvvələrdən biri hesab edilir. Həmin gənclər yalnız tərəqqipərvər və dəyişiklik tərəfdarı deyil, eləcə də hər bir milli- mədəni hərəkatın qəlbi funksiyasını yerinə yetirirlər.

Gunaz.tv Quote | Gunaz article

Güney Azərbaycanda ən səmərəli fəaliyyətlər, etirazlar, aksiyalar və müsbət dəyişikliklərin əldə edilməsində böyük xidmətləri olan Güney Azərbaycan tələbələrinin böyük hissəsi Qarabağın azadlığı uğrunda Quzey Azərbaycanın keçirdiyi hərbi əməliyyatlarla bağlı dəstək bəyanatı yayıblar. 

 

"Azərbaycan Tələbə Hərəkatı" Güney Azərbaycanın bütün bölgələrində tələbələrin ictimai və mədəni fəaliyyətlərində aktiv şəkildə iştirak edir. Təşkilat son günlər Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək nümayiş etdirən bəyanat yayıb. 


Bəyanatda Azərbaycan Respublikasına dəstək və Ermənistanın işğalçı siyasəti pislənməklə yanaşı, bu dövrdə qəsbkar Ermənistan rejiminə dəstək göstərən İran daxilindəki müxtəlif siyasi və ictimai qüvvələr kəskin tənqid edilib. 


Tələbələr həmin qüvvələrin Ermənistana dəstəyinin türklərə qarşı ayrı-seçkilik və düşmənçilik mövqelərindən qaynaqlandığını vurğulayıblar. 


Onlar, həmçinin qeyd ediblər ki, Azərbaycan əyalətlərinin imam-cümələrinin Azərbaycan Respublikasına dəstək bəyanatları yaymaları fonunda Azərbaycana dəstək göstərmək üçün aksiyalara qatılan güney azərbaycanlıların həbs edilməsi İran Konstitusiyasının 27 maddəsi ilə ziddiyyət təşkil edir. 


"Azərbaycan Tələbə Hərəkatı"  sonda vurğulayıb ki, bu rəftarların qarşısında bizim Azərbaycan özü olduğumuzu, bu ifadənin dəyərlərimiz və gözləntilərimizin nələr olduğunu dolğun ifadə etdiyini bildiririk.


"İndi isə dəyərlərimizə zidd olan davranışları kəskin qınayır, həmin dairələri millət məfhumu ətrafında daha dərindən düşünməyə çağırırıq", - deyə tələbələr fikirlərini tamamlayıblar. 


Bəyanatı imzalayanlar:
1) Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzi
2) Azərbaycan Şəhid Mədəni Universitetinin Şer və Ədəbiyyat Mərkəzi
3) Azərbaycan Şəhid Mədəni Universitetinin Mədəniyyət və Düşüncə Mərkəzi
4) Təbriz Tibb Elmləri Universitetinin "Səhənd" Mərkəzi
5) Zəngan Universitetinin Teosofiya Mərkəzi
6) Ərdəbil Mühəqqəq Universitetinin Xətayi Mərkəzi
7) Urmu (Urmiya) Universitetinin Azərbaycan Mədəniyyəti Ocağı Mərkəzi
8) Urmu (Urmiya) Sənaye Universitetinin Şəms Mədəni- İctimai Mərkəzi
9) Təbriz Pəyame-Nur Universitetinin Mədəniyyət və İslami Sivilzasiya Mərkəzi
10) Həmədən Universitetinin Ustan Şəhriyat Cəmiyyəti
11) Şəhid Behişti Tibb Elmləri Universitetinin Qövmlər Mərkəzinin Türkdillilər Assambleyası
12) Zəngan Tibb Elmləri Universitetinin Həyat Mərkəzi
13) Azərbaycan Şəhid Mədəni Universitetinin Barış dərgisi
14) Azərbaycan Şəhid Mədəni Universitetinin Mədəniyyət dərgisi
15) Azərbaycan Şəhid Mədəni Universitetinin Ulduz dərgisi
16) Təbriz Universitetinin Tanış dərgisi
17) Təbriz Universitetinin Gələcək dərgisi
18) Təbriz Tibb Elmləri Universitetinin Söz dərgisi
19) Zəngan Universitetinin Kimlik dərgisi
20)  Ərdəbil Mühəqqəq Universitetinin Savalan dərgisi
21) Ərdəbil Mühəqqəq Universitetinin Araz dərgisi
22) Urmu (Urmiya) Sənaye Universitetinin Anlam dərgisi
23) Urmu (Urmiya) Sənaye Universitetinin Günəş dərgisi
24) Təbriz Pəyame-Nur Universitetinin Güzgü dərgisi
25) Təbriz Pəyame-Nur Universitetinin Gözəl Vətən dərgisi
26) Gilan Universitetinin Yağış dərgisi
27) Zəngan Tibb Elmləri Universitetinin Araz dərgisi


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Nov.23.2020 : “Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”

2020-11-23

gun az article

Qərbi Azərbaycan əyalətində çoxlu sayda silah və döyüş ləvazimatı ələ keçirilib

2020-11-23

gun az article

“Radio Fərda” Güneyli milli-mədəni fəal Səhənd Məali haqqında veriliş hazırlayıb

2020-11-23

gun az article

İranın cavan Rabitə və İnformasiya Texnologiyaları nazirinin Azərbaycan adı ilə düşmənliyi davam edir- FOTO

2020-11-23

gun az article

İranın təhlükəsizlik qüvvələri dini azlıqların evlərinə basqın edib

2020-11-23

gun az article

Kürd qaçaqmalçılar əfqan mühacirləri işgəncələrə məruz qoyublar- VİDEO

2020-11-23

gun az article

Urmiya gölündə suyun azalması davam edir

2020-11-23

gun az article

42 ay mübarizədən sonra güneyli “Onur” öz adını sənədləşdirə bilib

2020-11-23

gun az article

Türklərin tarixi əsəri İsfahanın metal tullantıları arasında tapılıb

2020-11-23

gun az article

Güney Azərbaycanın 3 milli-mədəni fəalının məhkəmə iclası keçirilib

2020-11-23

gun az article

Təbrizin “Traxtur” futbol Klubunun yeni icraçı direktoru seçilib

2020-11-23

gun az article

Mühəndis Əlirza Fərşinin Böyük Tehran Həbsxanasından azadlıq mesajı

2020-11-22

gun az article

"Həmədan Əyalətinin Mətbuat Tarixi" kitabı nəşr olunub

2020-11-22

gun az article

Abbas Lisani zindanda oturaq aksiya keçirib, məsullar cavab verməyə məcbur olublar: Görüş qadağası ləğv edilib, amma telefon əlaqəsi yox

2020-11-22

gun az article

GünazTV Nov.21.2020 : “Azərbaycan ordusu işğaldan azad edilən Ağdamdan Ali Baş komandana əsgər salamı verdi”

2020-11-21

gun az article

GünazTV Nov.20.2020 : 10Noyabr Bildirisindən sonra,Qarabağın Gələcəyi və Türkiyə_Rusya münasibətləri

2020-11-21

gun az article

GünazTV Nov.20.2020-Azadlıq səsi: Prezident Əliyev Xudafərinə səfəri və İranın narahatçılığı

2020-11-21

gun az article

Şərqi Azərbaycanın mədən gəlirlərinin 80% -i əyalətə qaytarılmır

2020-11-21

gun az article

"Əhər-Təbriz" yolunda ağır yol qəzası baş verib

2020-11-21

gun az article

Qərbi Azərbaycanda havanın tempraturu aşağı düşəcək, qar yağacaq

2020-11-21