SON XƏBƏRLƏR

Azərbaycan torpaqlarının işğalı BMT gündəliyində

2021.10.20, 07:36
Azərbaycan torpaqlarının işğalı BMT gündəliyində

Gunaz.tv
Azərbaycan torpaqlarının işğalı BMT gündəliyində bmt.jpg Ermənistanın işğalçılıq siyasətini əks etdirən iki məsələ Baş Assambleyanın 63-cü sessiyasının gündəliyinə salınıb Sentyabrın 16-da Nyu-Yorkda öz işinə başlayacaq Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 63-cü sessiyasının gündəliyinə Azərbaycanın işğal altında olan ərazilərilə bağlı iki məsələ salınıb. BMT baş katibinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, gündəlik komitələrin iyulun 18-də keçirilən iclaslarında təsdiqlənib. Bütövlükdə, Assambleyanın gündəliyinə müzakirə olunmaq üçün 155 məsələnin çıxarılması qərara alınıb. Baş Assambleya sədrinin, onun müavinlərinin və komitələrin rəhbər vəzifəli şəxslərinin seçkisindən sonra, nümayəndə heyətlərinin üzvləri gündəlikdəki məsələlərin müzakirəsinə başlayacaqlar. Azər Sessiyanın işində dünyada sülhün qorunması və təhlükəsizliyin təmin olunması problemlərinə daha çox diqqət yetiriləcək. Məhz bu problemlər çərçivəsində də, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalıyla birbaşa əlaqəli olan iki məsələyə baxılacaq: 1. "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri" (62/249 saylı qətnamə); 2. "İşğal edilmiş Azərbaycan ərazilərindəki vəziyyətə dair" (62/243 saylı qətnamə) Bunun yanaşı, sessiyanın gündəliyində yer alan "Silahlı münaqişələrin qarşısının alınması", Mərkəzi Amerikadakı vəziyyətə barədə: regionda sülhün, azadlığın, demokratiyanın və inkişafın təmin olunması sahəsində əldə olunan nəticələr", "Yaxın Şərqdəki vəziyyətə dair", "Fələstin məsələsi", "Əfqanıstandakı vəziyyətə dair" və s. məsələlərin də ciddi müzakirə mövzusu olacağı gözlənilir. Dekabradək davam edəcək BMT Baş Assambleyasının 63-cü sessiyasında "BMT konfranslarının son qərarlarına və Baş Assambleyanın qətnamələrinə uyğun olaraq, iqtisadi yüksəlişə və əsaslı inkişafa yardım göstərilməsi", "Afrikanın inkişafı", "İnsan hüquqlarının təqdir edilməsi", "Humanitar yardım sahəsində səylərin effektli əlaqələndirilməsi", "Ədalət məhkəməsinə və beynəlxalq hüququn inkişafına yardım", "Tərk-silah olunma", "Narkotiklər üzərində nəzarət, beynəlxalq terrorizmlə onun forma və tazahürlərindən asılı olmayaraq mübarizə", "Hərbi büdcələrin məhdudlaşdırılması", "Yeni növ kütləvi qırğın silahlarının və bu silahlara uyğun sistemlərin işlənilməsinin və hazırlanmasının qadağan edilməsi", "Cənub-şərqi Avropada sabitliyin, inkişafın və yaxun qonşuluq münasibətlərinin - beynəlxalq təhlükəsizliyin dəstəklənməsi", "Kosmik məkanda silahlanmanın qarşısının alınması", Gürcüstanda, Kiprdə, Konqo Demokratik Respublikasında, Şərqi Timorda, Haitidə və digər münaqişə ocaqlarında sülhün təminatı üçün BMT silahlı qüvvələrinin maliyyələşdirilməsi və digər mövzularda müzakirələrin aparılması da nəzərdə tutulub. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar